00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Ali məktəblərə qəbul imtahanlarının yeni qaydaları narazılıq yaradıb
Tarix: 14-10-2018 00:06 | Bölmə: Araşdırma

Minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdlərin taleyi ilə oynanılır
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladığı və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli açıqlanıb.
Amma yeni modelə münasibət birmənalı deyil və elan olunduğu gündən narazılıqlar bildirilir. Hətta Milli Məclisin dünənki iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov da dəyişikliyə etiraz edib. O deyib ki, dəyişikliyin birdən-birə gündəmə gəlməsi yanlışdır: “Tələbə qəbulu ilə bağlı qaydaların dəyişməsi öncədən bildirilməlidir. Tutaq ki, orta məktəbin 11-ci sinif şagirdi hansısa istiqamət üzrə hazırlaşır, amma imtahana 6 ay qalmış qaydalar dəyişir. Bu, düzgün deyil”.

Siyavuş Novruzov
Komitə sədrinin fikrincə, bu cür addım bir-iki nəfərə deyil, minlərlə insana təsir edir:
“Abituriyent hansı qaydada imtahan verməlidir? Axı, hazırlaşdığı istiqamət başqadır. Bunu öncədən müəyyənləşdirmək lazımdır. Məsələn, Təhsil Nazirliyi desin ki, bu qaydalar 9-cu sinifdə oxuyanlara tətbiq edilmir. Yəni bu qaydalar 8-ci sinifdə oxuyan, o yaşda olanlara tətbiq ediləcək. Belə olan halda şagird hansı istiqaməti seçəcəyini müəyyən edir”.
Təhsil eksperti Kamran Əsədov 2019-cu ildə tətbiqi nəzərdə tutulan qəbul və buraxılış imtahanı modelini “Reytinq”ə şərh edərkən deyib ki, 2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. O qeyd edib ki, məhz bu səbəbdən qəbul imtahanlarının yeni formatda keçirilməsi zəruri idi: "Lakin 2017-ci ildə məhz ilk dəfə kurikulumla təhsil almağa başlayanların IX sinifdə buraxılış imtahanları keçirildi, ortaya heç də xoş olmayan nəticə çıxdı. Məlum oldu ki, 2019-cu ildə 5-6 fəndən qəbul imtahanı verəcək şagirdlər 2017-ci ildə 2 fənndən verdikləri buraxılış imtahanları nəticəsinə görə kurikulumu demək olar ki, anlamayıblar, mənimsəməyiblər. Bununla yanaşı, 2019-cu ildə qruplara daxil olan fənlər üzrə bal paylanma əmsalının hələ də açıqlanmaması ciddi narahatlıq doğurur. Doğrudur, 2019-cu ildən etibarən buraxılış imtahanlarında toplanacaq balın qəbul imtahanına birbaşa təsir etməsi buraxılış imtahanlarının əhəmiyyətini artırsa da, hələ də buraxılış imtahanı və qəbul imtahanının keçid balının müəyyən olunmaması narahatlıq yaradır”.

Kamran Əsədov
K. Əsədov DİM-in qəbul imtahanlarında ingilis dili fənni ilə bağlı etdiyi dəyişikliklərə də münasibət bildirib. Ekspertin sözlərinə görə, DİM xarici dil fənni üzrə həm IX, həm XI siniflərdə keçiriləcək imtahan modelini verib: “Təqdim olunan imtahan modelini araşdırarkən bir çox anlaşılmazlıqlar və suallar ortaya çıxdı. Təəssüf ki, bu modelin hazırlanmasında Təsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə bərabər işləyib. Amma belə başa düşülür ki, Təhsil Nazirliyi bu modelin hazırlanmasında ancaq seyirci mövqedə dayanıb. Yoxsa, xarici dil fənni ilə bağlı sadalanan ciddi qüsurlar ortaya çıxmazdı. Xarici dil üzrə orta məktəb dərsliklərində dinləyib anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilmədiyi halda (nə disk və ya nə kasset və ya heç bir dinləmə aparmaq üçün vəsait olmadığı halda) imtahana dinləyib anlama üzrə tapşırıqların salınması nəyə əsaslanıb? Axı DİM-in və Təhsil Nazirliyinin dərsliklərin monitorinqi komissiyasının hazırki dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olub. Müəllimin dinləyib anlama məzmun xətti üzrə standartları yerinə yetirməsi üçün dərsliklərdə tapşırıqlar demək olar ki, yoxdur. Eyni zamanda, bütün dərsliklərdə disk və audio vəsait nəzərdə tutulmadığı halda DİM-in audio vəsaitlə imtahan aparması nə dərəcədə düzgündür?
Xatırladaq ki, orta məktəblərdə xarici dil fənni üzrə hazırda işlək olan bütün dərsliklər, əsasən də 1-ci, 2-ci, 3-cü və 5-ci sinif dərslikləri, ümumiyyətlə tədrisə yararlı deyil. 1-ci sinifdən 8-ci sinfə qədər dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyini, məzmunun yalnız elə buna görə 1/4 hissəsinin mənimsənilməyəcəyini xüsusi ilə qeyd etmək lazımdır. Əlavə edək ki, IX-XI sinif dərsliklərində də çoxlu səhvələr var və onlarda da dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməməsi göz qabağındadır”.
Müsahibimiz nəzərə çatdırıb ki, Azərbaycanda 90 faiz məktəbin və müəllimin dinləyib anlamanı özü yerinə yetirməsi üçün texniki vəsaiti yoxdur. Onun sözlərinə görə, bu halda təxminən 200 min şagird, həm IX, həm də XI siniflər üzrə, dinləmə ilə yalnız imtahan otağında tanış olacaq: “Bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur? Həftədə 1- 4-ci siniflərdə cəmi 1 saat, 5-8-ci siniflərdə 3 saat, 9-cu sinifdə 2 saat dərs saatı olan ingilis dili fənnindən 9-cu sinfin buraxılış imtahanında iki mərhələli olmaqla 45 sual (15 tapşırıq 1-ci mərhələdə, 30 test isə 2-ci mərhələdə) salmaq nə dərəcədə düzgündür? DİM-in modelinə əsasən, 9-cu siniflərin buraxılış imtahanının 11-ci siniflərə nisbətdə daha çətin verilməsi aydınlaşır. Qeyd etdildiyi kimi, tam orta təhsili bitirməmiş və 11-ci siniflərdən aşağı pillədə olan, yaş xususiyyətləri nəzərə alınmayan 9-cu siniflərdə 2-ci mərhələ üzrə xarici dildən 45 suala, onlardan yuxarı pillədə olan 11-ci sinif şagirdlərinin isə 30 suala cavab vermələri nəyə əsaslanır?”
Ekspert qeyd edib ki, DİM-in modelinə əsasən xarici dil fənnindən imtahan 9-cu və 11-ci siniflərdə “Ana dili”ndən və riyaziyyat imtahanından da çətin verilmiş və bir neçə standartın yerinə yetirilməsini tələb edir. Belə ki, həftədə 5-6 saata keçilən “Ana dili” və Riyaziyyat fənnindən yalnız 1 və ya 2 məzmun xətti üzrə standart yoxlanılırsa və şagird öz Ana dilindən dinləyib anlama tapşırıqları etmirsə, xarici dil fənnindən 3 məzmun xətti üzrə standartların yoxlanılması və dinləyib anlama tapşırıqlarının verilməsi nə dərəcədə düzgündür?
Ana dili və riyaziyyat fənlərindən əvvəlki illərdə köhnə model üzrə açıq suallar salınması və 9-cu siniflərdə həmin fənlərdən buraxılış imtahanı keçirmək təcrübəsi olduğu üçün həmin fənlərdən builki imtahanlarda bir yenilik yoxdur, müəllim və şagirdlər buna hazırlıqlıdırlar. Yəni şagirdlər “Ana dili” və riyaziyyatdan imtahan verərkən artıq həm psixoloji, həm də bacarıq cəhətdən buna hazırdırlar. Xarici dildən isə şagirdlər bu il həm yeni modellə tanış olurlar, həm 9-cu sinifdə ilk dəfə xarici dil imtahanı verirlər, həm açıq suallar bu ildən salınır, həm də dinləyib anlama tapşırıqları verilir. Hansi əsasla? İngilis dili ana dili deyil, dövlət dili deyil, qeyd etdiyim saatlarla, çox zəif dərsliklərlə keçilən xarici dildir. Bu xarici dilin öyrədilməsi yalnız xarici dil müəllimlərinin fədakarlığının və repititorluğun nəticəsidir”.

K. Əsədov bildirib ki, oxu, yazı və dil qaydaları ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yüzlərlə vəsait və kitab var. Lakin dinləyib anlama üçün nə Təhsil Nazirliyinin, nə də DİM–in audio vəsaiti var: “Belə olan halda imtahan modeli nəyə əsasən dinləyib anlama tapşırıqları ilə verilib? Əlbəttə, yenə deyəcəklər ki, internetdə milyonlarla vəsait var, istifadə eləsinlər. Onda sual ortaya çıxır: “DİM bu modeli dərsliklər əsasında yaradıb, ya internet əsasında?” Halbuki Bakının bəzi məktəblərinin internetə çıxışı yoxdur, bu halda, məsələn, Neftçala rayonu, Dördlər kəndindəki müəllimin necə çıxışı ola bilər?. Soruşmaq istərdim, o məktəblərin uşaqları nə edəcəklər?”
Onu da qeyd edək ki, buraxılış imtahanlarında dinləmənin necə aparılacağı da sual doğurur. Ekspert deyib ki, dünyanın heç bir ölkəsində xarici dildən dinləyib anlama digər fənlərlə birlikdə, eyni auditoriyada aparılmır. Belə ki, Listening aparılarkən şagirdlər həm ana dilindən, həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Verilən 3 saatın hansı anında dinləyib anlama aparılacaq? Bəlkə şagirdlər riyaziyyat və ya “Ana dili” tapşırıqları edəcəklər və onlara "testi dayandırın və indi mətnə qulaq asıb xarici dil tapşırıqları edin”, - deyiləcək və ya əvvəldə qulaq asıldıqdan sonra riyaziyyat və “Ana dili” testləri ilə birlikdə edəcəklər? Bu heç bir Listining imtahanında edilmir. Heç bir ölkədə belə təcrübə yoxdur. Şagirdlər dinləyib anlamanı yalnız həmin dildən olan imtahanın tərkib hissəsi kimi edə bilərlər, digər fənlərlə qarışıq edilməsi həm psixoloji, həm də pedoqoji cəhətdən düzgün deyil.
Eyni zamanda, soruşmaq istərdim ki, imtahanların xarici dil fənnindən bu modeli harada müzakirə olunub? Təsil Nazirliyinin və DİM-in hansı ekspertləri bu modelə cavabdehdir? Onlar məgər dərsliklərlə və rəylərlə tanış deyillər? Təhsil Nazirliyi audio vəsaitlərin olmadığı və dinləmə anlama məzmun xətti üzrə standartlarin yerinə yetirilmədiyi barədə məlumata malik deyilmi? Niyə bu model tətbiq edilməmişdən əvvəl həm nazirlik, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı, niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır? Əlbətdə, bu bacarıqlar formalaşmalıdır. Amma bunu şagird etməməlidir”.
Müsahibimiz sonda onu da qeyd edib ki, təqdim olunun model onu göstərir ki, imtahandakı müsbət nəticələr Təhsil Nazirliyi və DİM-in nəticəsi deyil, şagird və müəllimlərin fərdi işinin, fəaliyyətinin nəticəsidir: “Təbii ki, xarici dil dedikdə, təkcə ingilis dili nəzərdə tutulmur. Eyni zamanda alman, fransız, rus, ərəb, fars dilləri üzrə də dinləmə modelli test tapşırığı təqdim olunacaq. Amma ingilis dilindən fərqli olaraq bu dillər üzrə, ümumiyyətlə resurs, vəsait yoxdur. İngilis dili müəllimləri ən pis halda xarici ölkə resurslarından, internet resurslarından istifadə edib ortaya bir şey çıxara bilirlər, alman, fransız, rus, ərəb, fars dilləri üzrə heç bir material, test tapşırığı nümunəsi yoxdur. DİM mövcud olmayan şeydən necə imtahan keçirə bilər? Belə çıxır ki, DİM məqsədli şəkildə imtahanları çətinləşdirib repititor və hazırlıq kurslarına şərait yaradır".

Əli Əliyev
Vətəndaş və İnkişaf Partiyasının sədri, Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının müəllimi, biologiya elmləri namizədi Əli Əliyev bizimlə söhbətində deyib ki, istənilən dəyişiklik xoş məramla edilirsə, onun nəticələri də müsbət olur. Onun qənaətincə, niyyət xoş deyilsə, istənilən addım ziyanlı ola bilər: “Prinsipcə, son illər orta təhsil statusu aşağı salınmışdı. Şagirdlər məktəbdən asılı deyildilər. Hətta son iki təhsil ilində məktəbə getməmək praktikası vüsət almışdı. Mən bir qədər təhsillə bağlı adamam. Məzunların sırf qəbula köklənməsi, konkret əzbərçiliyə mübtəlası onların ümumi inkişafına mane olurdu. Gənclərimizin dünyagörüşü məhdudlaşıb. Bu mənfi tendensiyada şübhəsiz ki, qaydaların təsiri həlledicidir. Əgər yeni qaydalara əl uzadılmasa, təbii ki, mənfi tendensiyalar aradan qalxa bilər. Məktəbin rolunun artırılması faydalı ola bilər. Amma bizim hakimiyyətin hər addımında ziyanlı məqamları çox gördüyümdən, inana bilmirəm ki, cəmiyyət üçün faydalı məram şahidi olaq”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

15-01-2026, 11:04
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
2-10-2025, 09:07
Qəddar qadınlar: onlar illərlə məsuliyyətdən yayınıblar
1-10-2025, 08:19
Dallas sirri - Prezident Kennedinin qətli
30-09-2025, 09:47
Ən güclü mafiyalar - Onların şəbəkələri sərhədləri aşır
29-09-2025, 13:04
Qandinin qətli - Hindistanın vicdanına atılan güllə
27-09-2025, 10:15
Mafiya qaydaları dəyişib: cinayətkarların yeni üsulu daha gəlirlidir
26-09-2025, 14:57
Sarayevo atəşi - Birinci Dünya müharibəsinin fitili - Fotolar
5-08-2023, 16:30
Məzar təpikləyənlərin xələfləri - fransızlar
12-04-2023, 09:12
Dünyada cinayət nisbəti: bəzi ölkələr cəhənnəm vadisi, bəziləri yer üzünün cənnətidir
10-04-2023, 16:34
Ən təhlükəli, ən zəgin və ən ucuz şəhərlərin adı açıqlanıb - Siyahı
10-04-2023, 06:58
Böyük təhlükə xəbərdarlığı - Professor dövlət başçısına müraciət edib
31-03-2023, 21:54
Demokratiyanın qətli... - Araşdırma
24-03-2023, 22:33
Azərbaycanın xarici borcu nə qədərdir? - Araşdırma
16-12-2022, 10:33
Ermənilərin statistik yalanı - Qarabağda nə qədər erməni yaşayır?
23-08-2022, 11:06
Professor Azərbaycan prezidentinə müraciət edib: “Elmimizi xilas edin!”
22-03-2022, 13:10
Dünya ticarətinin 80 faizini təşkil edən gəmiçilik məhv edilib
11-03-2022, 16:09
Taxıl qıtlığı: dünya gözünü Avropa istehsalçılarına zilləyib
11-03-2022, 14:33
Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?
17-02-2022, 15:45
Kürdə su azalır: "Vəziyyət yaxın illərdə düzəlməyəcək" - Araşdırma
11-11-2021, 16:47
Pandemiyanın daha bir fəsadı - Alimlər həyəcan təbili çalır
11-11-2021, 13:51
Ermənilərin törətdiyi ekoloji fəlakət beynəlxalq səviyyədə müzakirəyə çıxarılıb - Araşdırma
31-10-2021, 09:46
Baş tutmayan 12-ci abortun “fəsadı”: bioloji ana məşhur qızdan üzr istəyəcək - Fotolar
24-10-2021, 15:13
Naqafil güllə xanım-operatorun həyatına son qoyub - Fotolar
27-08-2021, 15:45
Azərbaycandakı əcnəbilərə vaksin vurulmur: pasportu necə alsınlar?
3-03-2021, 15:15
Koronavirusdan sağalanların səhhətində başqa problemlər yaranır
8-02-2021, 13:53
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
6-11-2020, 12:21
Qarabağda ermənilərin yandırdığı və ya donuz tövləsinə çevrilən məbədlər - Araşdırma
7-08-2020, 14:27
Yeni idarəetmə sistemi gəlir: dövlət şirkətləri büdcənin “pulsoran”ı rolundan çıxarılacaq
19-06-2020, 15:03
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün sorğu keçirib
12-06-2020, 14:15
Qarabağ üsyanı - 100 il: Mübarizə tariximizin şanlı səhifəsi
30-04-2020, 18:51
“8-ci kilometr bazarı”nın sahibi ilə bağlı müəmmalı hadisə: onu gecəyarısı kim və ya kimlər soyub?
2-04-2020, 13:39
Koronavirusdan sonra... - Dünyada böyük dəyişiklik gözlənilir
9-10-2019, 19:10
Ölkə təhsilində ciddi problemlər aşkarlanıb - Araşdırma
18-09-2019, 12:29
“Leş mafiyası”nı kimlər himayə edir? - Yeni detallar
2-09-2019, 08:06
Uşaqsız ailələrdə boşanma artıb - Statistika
27-08-2019, 22:16
Agentlik sədrinin biznes ortağı haqda yeni məlumatlar yayıldı - Fotolar
26-08-2019, 14:55
Komitə və ASC sədrlərinin keçirdiyi tenderlərin qalibi olan şirkət rəhbəri haqda sənədlər yayıldı - Siyahı
23-08-2019, 17:07
Deputat Ağalar Vəliyev xaricdə oğlunun adına nələr almayıb ki... - Siyahı yayıldı - Fotolar
26-06-2019, 12:20
Kimə hesabdan “2” yazaq? DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova... – Araşdırma

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər