Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 29-01-2026 14:05 | Bölmə: Slayd

Yaxın Şərqdə yeni eskalasiya riski artır. Buna səbəb Amerikanın İran ətrafına əlavə hərbi qüvvə toplamasıdır. Vaşinqton bu addımı ilə həm İranı çəkindirməyə çalışır, həm də mümkün əməliyyatlara hazırlaşır. Yəni gərginlik genişmiqyaslı müharibə ehtimalını da artırır.
Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə “Reytinq” qəzetinə deyib ki, İran ətrafında vəziyyət ağır və təhlükəlidir.
Onun sözlərinə görə, İran ona qarşı irəli sürülən şərtləri qəbul etməli, diplomatiyanı irəli aparmalıdır.
A. Mollazadə bu şərtlərin mahiyyətini də xatırladıb: “Söhbət uranın zənginləşdirilməsi, nüvə silahı əldə etmək səylərinin dayandırılmasından gedir. Fikrimcə, İran Qərbdən səsləndirilən şərtləri qəbul edərsə, bu halda mürəkkəb vəziyyət nisbətən qaydaya düşər. Əks halda gərginlik daha da artacaq”.
İrandakı mövcud hakimiyyətin dəyişdirilməsinə dair beynəlxalq çağırışlara da toxunan A. Mollazadə bildirib ki, bu məsələ İran xalqının özündən asılıdır: “İran xalqının iradəsi hər şeyi həll edə bilər. Bunun üçün xarici müdaxiləyə əsas və ehtiyac yoxdur. İranda uzun illər aparılan siyasət sosial və iqtisadi çətinliklərə səbəb olub. Əhali sosial və iqtisadi məsələlərin həllini istəyir və etirazlar da bu səbəbdən başlamışdı. Sosial-iqtisadi vəziyyət ağırdır. Xalqın iradəsi davam edərsə, müəyyən dəyişikliklər ola bilər və hansısa kənar müdaxiləyə də ehtiyac qalmaz. Hər halda biz regionda sabitliyin olmasında maraqlıyıq”.
İranın ABŞ tərəfindən vurulma ehtimalının nə dərəcədə yüksək olduğuna gəldikdə, Mollazadə əlavə edib ki, ABŞ bölgəyə hərbi gəmi və təyyarələr gətirsə də, İranı vurmağa tələsmir. Bu isə danışıqlar vasitəsilə gərginliyi aradan qaldırmaq şansının tükənmədiyinə ümid verir.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər