00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Suallar labirintində gərdiş - Azad Müzəffərli yazır
Tarix: 14-01-2025 14:23 | Bölmə: Azad MÜZƏFFƏRLİ

Azad MÜZƏFFƏRLİ
(Nicat Həşimzadənin “Sərhədsiz yazılar” kitabı barədə qeydlər)
Yazıçı Nicat Həşimzadənin “Sərhədsiz yazılar” kitabının bu günlərdə keçirilən təqdimat mərasimi ilk növbədə olduqca səmimi abı-havası ilə yadda qaldı. Həmin əsər “Qarışqa” nəşriyyatının ilk məhsuludur. Müəllif kitabı bu dünyadan vaxtsız köçən şair dostu Rauf Ranın əziz xatirəsinə həsr edib. Əsərdə mərhumun yaradıcılığına və şəxsi insani keyfiyyətlərinə geniş yer verilib. Cəmi 166 səhifəlik kitabda ümman mətləblər yer alıb. Vətən, Millət, həqiqi bəşəri və milli-mənəvi dəyərlər, insanın daim axtarışda olmasının vacibliyi, eləcə də, bu səpgili çoxsaylı fəlsəfi və həyati mahiyyət kəsb edən məsələlər hərtərəfli idrak süzgəcindən keçirilib, Azərbaycan və dünya ədəbiyyatı arasında çoxşaxəli paralellər aparılıb, fərqli cəhətlər geniş təhlil olunub.
“Sərhədsiz yazılar” kitabı milli mənliyə sahib çıxmağa çağırış, hayqırtı xarakteri daşıyır. Müəllifin təvazökarlığı, mərifəti, çöhrəsi və gözlərindəki nur əsərdəki esselərdən də aydınca süzülür. Kitabdakı həqiqətən sərhəd tanımayan yazılar zəngin dünyagörüşü, əsl vətəndaşlıq mövqeyi və çox dəyərli digər insani keyfiyyətlərə dəlalət edir. Əksər esselər əsasən cəmi 3-4 səhifə həcmindədir. Yəqin ki, bu da indiki oxucuların səbir kasasının məhdudluğundan qaynaqlanır.
Nicat Həşimzadə daim suallar labirintində var-gəl edən qələm əhlindəndir. O, sanki sayagəlməz həyati suallarla amansız döyüşdədir. Özü də bu sualların xeylisi şəxsi icadıdır. Düşünüb-daşınmaq qanında, canındadır. Müəllif öz yazıları ilə soydaşlarını Vətən və Millət naminə şam kimi yanmağa haraylayır.

Nicat Həşimzadənin ədəbiyyata bütün varlığı ilə bağlılığı və yaşantıları insanı heyrətə gətirir. Qənaətimi elə yenicə təqdimatı keçirilən kitabdan bircə əyani misalla təsdiqləmək istərdim. O, İspaniya yazarı Migel de Unamunonun “İki ana” hekayəsini oxuyarkən çox sarsıldığını və əsəb sisteminin pozulduğunu bildirir. Həmin məqamda hekayədəki qadın surətlərdən Raşeli saçlarından tutaraq Nizami küçəsi boyunca yerlə sürümək istədiyini səmim etiraf edir. Açığı, buna lap məəttəl qaldım.
Nicat Həşimzadənin bir sıra esseləri kağız kitablara indiki soyuq münasibətə qarşı Koroğlu sayağı nərəsi, hayqırtısıdır. O da elektron kitablara keçidi tam həzm edə bilmir. Həqiqətən, mütaliə etdiyin kitabı təkcə gözlərinlə deyil, əllərinlə, bütün vücudunla hiss etmək sözlə ölçüyəgəlməz başqa bir aləmdir. Belədə, əsl ədəbiyyat nümunələrini sanki doğmalarını bağrına basmış kimi duyursan, mahiyyətinə bütün varlığınla nüfuz edirsən.
Kitabdakı esselərin əhatə dairəsi ucsuz-bucaqsızdır. Mütaliənin miqyasına ən azı həsəd aparmalı olursan. Özü də onun oxuduğu kitabları necə zərgərdəqiqliyi ilə seçməsi də diqqəti çəkir.
Azərbaycan ədəbiyyatına hərtərəfli bələd olan soydaşımız dünya ədəbiyyatından da kifayət qədər baş çıxarır. Volter, Jan-Jak Russo, Viktor Hüqo, Pol Oster, İvan Qonçarov, Milan Kundera, Con Faulz, Stendal, Rabindranat Taqor, Ceyms Coys, Orxan Pamuk, Qabriel Qarsia Markes, Henri Miller, Migel de Unamuno, Kobe Abe, Alfons de Lamartin, İrvinq Stoun və digər çoxsaylı dünya şöhrətli ədiblər və tanınmış simalar barədə esselər çox əhatəlidir, olduqca vacib məsələlərə toxunulub. Rabindranat Taqora istinadən müəllif bildirir ki, ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırır. Məncə, elə insanın qəlbinin tükənməz nura boyanmasında, təfəkkür və təxəyyülünün tumurcuqlamasında ədəbiyyatın da əvəzsiz rolu danılmazdır.
Nicat Həşimzadənin yazıları yeniyetmə və gənclər üçün də çox vacibdir. Əslində bu kitabdakı əsərlər faydalı ədəbiyyat nümunələri seçimi baxımından da dolğun bələdçi rolunu oynaya bilər. Həmin esselər məhz ilk növbədə yeniyetmə və gənclər üçün çox faydalıdır, onları intellektual və fəlsəfi dünyaya, daim canlı olmağa, həyata diri gözlə baxmağa, milli mənliyə həssas münasibətə səsləyir.
Kitabın təqdimetmə mərasimində Nicat Həşimzadənin müəllimi olduğu Azərbaycan Dillər Universitetinin xeyli tələbəsinin iştirakı da tədbirə əvəzsiz ovqat qatdı. İş orasındadır ki, həmin təhsil ocağında reallaşdırılan məqsədyönlü və konkret tədbirlər sayəsində tələbələr hərtərəfli mütaliəyə kökləniblər. Universitetin rektoru, tanınmış yazıçı, alim və ictimai xadim Kamal Abdullanın təşəbbüsü ilə bu ali təhsil müəssisəsinin tələbələrinin şəxsi kitabxanasının formalaşması və dünyagörüşlərinin genişləndirilməsi məqsədilə təşkil olunan pulsuz kitab layihəsi təqdirəlayiqdir. Yeri gəlmişkən, zənnimcə, həmin layihənin respublikamızda geniş tətbiqi istiqamətində ali təhsil ocaqlarında və müxtəlif qurumlarda konkret iş aparılmasının artıq məqamı yetişib və bu ədəbiyyat aləminə mühüm töhfə olardı.
Yeni kitab müəllifin ədəbiyyatşünaslığa kifayət qədər dərindən bələd olmasına, ədəbi cərəyanları, ədəbi prosesləri nə qədər yaxından izləməsinə və bu baxımdan şəxsi töhfələrini vermək üçün səyini əsirgəməməsinə dəlalət edir.
Nicat Həşimzadənin fəlsəfə ilə doğmalığı da diqqətdən yayınmır, onun fəlsəfi düşüncə tərzi ən azı rəğbət doğurur.
Kitabdakı esselər həm də onun eqoizmə yaxasını verməməsinə səni əmin edir. Qismən, qədərincə eqo anlaşılandır və bu da vacibdir.
O, öz təbirincə desək sərhədsiz yazılarında Azərbaycan ədəbiyyatının dünya çapında kifayət qədər potensiala malik olduğunu, bu istiqamətdə istər dövlət, istərsə də imkanı çatan şəxslər səviyyəsində ardıcıl iş aparılmasının zəruruliyini daim təbliğ edir.
Kitabda Azərbaycan və Türkiyə tarixi, incəsənəti, fəlsəfəsi, musiqisi və ədəbiyyatında mühüm xidmətləri olan Mustafa Kamal Atatürk, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyli, Mirzə Cəlil, Mövlanə Cəlaləddin Rumi, Mirzə Fətəli Axundov, Əhməd bəy Ağaoğlu və digərləri barədə də ətraflı esselər yer alıb. Müasir yazıçı və şairlərin yaradıcılığına da geniş yer verilən bu kitab hərtərəfliliyi ilə diqqəti çəkir.
Düzdü, kitabdakı bəzi esselərdə mövzu sanki çırmaqlanıb, tamlıq təsiri bağışlamır. Amma, di gəl, bununla belə köklü mövzular yenə də səni düşündürür, daşındırır, esselərdə qoyulan başlıca suallara öz cavablarını sıralamağa yönəldir, təfəkkür və təxəyyülünə güc gəlməli olursan. Belədə, düşünürsən ki, bəlkə, bu da müəllifin məqsədyönlü şəkildə ustalıqla ötürməsi xarakteri daşıyır. Məsələn, Gilqameş dastanına istinadən müəllif diqqətə çatdırır ki, “Tanrılar insanı yaradanda ona ölümü paylaşmaq hüququ verirlər” kəlamı görəsən hansı anlam daşıyır. Nicat Haşımzadə bu barədə öz mülahizəsini irəli sürsə də, sualın cavabını açıq saxlayır. Şəxsən mənim qənaətimcə, burada söhbət insanın nəsil artırması hesabına ölümü paylaşdığından gedir, yəni hamı bu dünyadan köçsə də, gələcək nəsillərinin şəxsində ölümün qapısını daim açıq qoyur.

Nicat Həşimzadənin hayqırtı xarakterində başlıca suallarından biri də indiki oxucu qıtlığını aradan qaldırmağın mümkün yolları ilə bağlıdır. Məncə, bizdə kitablar ona görə oxunmur ki, ölkəmizdə əsl anlamında bazar iqtisadiyyatı yoxdur. Yəni keyfiyyət hələki tam başlıca meyar deyil. Biz müstəqilliyin ilk illərində kor-təbii şəkildə bazar iqtisadiyyatına “keçdik”. Əslində, subyektiv səbəblərlə yanaşı bunun obyektiv səbəbləri də var idi. Əsrlər boyunca (23 ayı çıxmaq şərtilə) başqalarının əsarəti altında yaşayanların birdən-birə əsl bazar iqtisadiyyatı qurması sadəcə nağıldır, axı, biz təkamül yolu ilə öz iqtisadiyyatımızı qurmamışdıq, özümüzə məxsus iqdisadi təfəkkürümüz yox idi. Digər tərəfdən, müstəqilliyin bərpasından sonrakı ilk illərdə cəmi bir neçə milyard manatlıq büdcəsi olan ölkədə kamil bazar iqtisadiyyatının əsaslarını yaratmaq mümkün idimi?!.
İnanın, haçan bizim ölkəmizdə, cəmiyyətimizdə subyektivliyi keyfiyyət əvəzləyəcəksə, əsl rəqabət mühiti yaranacaqsa, elə ilkin mənəvi ehtiyaclardan biri də məhz ədəbiyyata olacaq, özü də kütləvi şəkildə. İnşallah, həmin dövrlərdə qələm əhli də alın təri əvəzində layiqincə haqqını alacaq, peşəkarların əsərlərindən ötəri nəşriyyatlar vur-çatlasında olacaq. Qardaş Türkiyənin timsalında buna əmin ola bilərsiniz. İndiki Türkiyənin istər siyasi, istər iqtisadi və mənəvi gücünün dayağı rəqabətədavamlı milli bazar iqtisadiyyatıdır!!! Ona görə də qardaş ölkədə istər ədəbiyyat, istərsə də sənət adamları qədərincə haqqına çatdırılır və dünya çapında özünütəsdiq istiqamətində konkret sözlərini deyirlər. Əgər, fikir versəniz, dünyanın inkişaf etmiş ölkələrində ədəbiyyata mənəvi ehtiyac qətiyyən səngimir, ona görə ki, fərdlərin rəqabətədavamlı və geniş dünyagörüşlü olmasında ədəbiyyatın özünəməxsus və əvəzolunmaz yeri var. Bu baxımdan nəinki gələcək, elə indiki qələm əhlinə də arzusunda olduğumuz bu səadəti də bölüşməyin qismət olması diləyi ilə dostum Nicat Həşimzadəni bir daha təbrik edir, ən ümdə arzuların çin olsun deyirəm!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər