00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Azərbaycana qarşı mənəvi-siyasi strategiya: Rusiya nəyə nail olmaq istəyir?
Tarix: 02-07-2025 10:26 | Bölmə: Siyasət / Araşdırma

XIX əsrin əvvəllərində Azərbaycan torpaqları Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra milli kimliyin, mədəniyyətin və dini həyatın yeni qaydalara uyğunlaşdırılması prosesi başlanıldı. Bu prosesin əsas xüsusiyyətlərindən biri də İslam dininin əvvəlcə məhdudlaşdırılması, ardınca imperiyanın idarəetmə vasitəsinə çevrilməsi idi. Çar Rusiyası dini sistem üzərində nəzarəti ələ keçirərək azərbaycanlıların mənəvi dayaqlarını zəiflətməyə və milli müqavimət potensialını zərərsizləşdirməyə çalışdı. Bu məqalədə həmin proseslərin əsas mərhələləri təhlil olunur.
İslama inzibati nəzarət
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Azərbaycanın böyük hissəsi Rusiyanın nəzarətinə keçdi. Ardınca Rusiya çarizmi regionda dini idarəetmə sistemini nəzarətə götürdü. 1832-ci ildən başlayaraq Tiflisdə Şiə və Sünni Ruhani İdarələri yaradıldı. Bu idarələrin rəhbərləri - şeyxülislam və müftilər - birbaşa Peterburqdan təyin olunurdu. 1872-ci ildə qəbul edilən “Polojenie ob upravlenii zakavkazskim musulmanskim duchovenstvom” adlı qanuni sənəd bu dini strukturların imperiya çərçivəsinə salınmasını rəsmi şəkildə təsdiqlədi. Bu dəyişikliklər nəticəsində dini liderlər artıq xalqın deyil, dövlətin maraqlarına xidmət edən məmurlara çevrildi. İslam dini isə mənəviyyatın qaynağı olmaqdan çıxıb imperiyanın idarəetmə və itaət ideologiyasının bir hissəsinə çevrildi.
Məzhəblərarası parçalanmanın təşviqi
Rusiya imperiyası “Parçala və hökm sür!” prinsipinə uyğun olaraq Azərbaycan əhalisinin dini birliyini parçalamaq siyasəti güdürdü. Şiə və sünni icmalar arasında mövcud olan fərqlər qabardılır, hər iki tərəfdə imperiyaya sadiq ruhanilər irəli çəkilir, dini liderlər bir-birinə qarşı qoyulurdu. Bu məzhəbi parçalanma cəmiyyətin daxili inteqrasiyasını pozur, milli həmrəyliyi zəiflədir, imperial idarəçiliyin qarşısında təbii müqavimət ehtimallarını aradan qaldırırdı. Ənənəvi dini kimlik milli şüurla deyil, sadiq “müsəlman təbəə” obrazı ilə əvəz olunurdu.
Milli kimlidən dini kimliyə
Çarizmin ən hiyləgər addımlarından biri azərbaycanlıları sadəcə “müsəlman” adı ilə qeydiyyata almaq və beləliklə, onların etnik kimliyini arxa plana keçirmək idi. Əhalinin “müsəlman” kimi təqdim olunması onların azərbaycanlı, türk və ya yerli etnik qrup olaraq mövcudluğunu rəsmən tanımamaq məqsədi daşıyırdı. Bu, xalqın mədəni özünüdərkinə ciddi zərbə vurur, milli tarix, dil və yaddaşın kollektiv dəyər kimi formalaşmasını əngəlləyirdi.
Demoqrafik dəyişikliklər və dini balansın pozulması
1828-ci il Türkmənçay müqaviləsinin ardından Rusiya imperiyası İran və Osmanlıdan Qafqaza, xüsusilə Qarabağa və Naxçıvana erməni əhalisinin kütləvi şəkildə köçürülməsini təşviq etdi. Rəsmi statistikaya görə, 1828–1831-ci illərdə təkcə İrandan 8 minə yaxın erməni ailəsi (90 min nəfərdən çox) bu torpaqlara yerləşdirildi. Bununla da həm dini, həm də etnik balans süni şəkildə dəyişdirildi. Bu dəyişikliklər nəticəsində bölgənin aborigen müsəlman əhalisi iqtisadi və sosial baxımdan sıxışdırıldı, öz torpaqlarında azlıq statusuna salınma təhlükəsi ilə üzləşdi. Bu, gələcək etnik və dini qarşıdurmaların təməlini qoyan strateji addım idi.
Maarifin məhdudlaşdırılması və ruhanilərin alətə çevrilməsi
Rusiya İslam təhsil sistemini də nəzarətə götürdü. Məktəb və mədrəsələrdə əsasən şəriət, fiqh (İslam hüququnu öyrənən elm) və əhkam (fiqh elminin nəticəsi olan şəriət hökmləridir) öyrədilir, dünyəvi elmlər tədris olunmurdu. Dini təhsil imperiyanın maraqlarına uyğunlaşdırılmışdı və xalqın maariflənməsi deyil, itaəti hədəfləyirdi. Bu fonda müasir təhsil müəssisələrinin yaradılması təşəbbüsləri ruhani dairələr tərəfindən müqavimətə məruz qalırdı. Sekulyar təhsilin təşviqinə cəhd edən maarifçi ziyalılar - Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə və başqaları - xalq arasında geriliyin əsas səbəbini məhz bu ideoloji basqılarda görürdülər.
Milli müqavimət və dirçəlişin başlanğıcı
Mənəvi-siyasi təzyiqlərə baxmayaraq, Azərbaycan cəmiyyətində maarifçi və milli dirçəliş hərəkatı formalaşdırmağa, XIX əsrin sonlarından milli mətbuat orqanları, yeni tipli məktəblər və maarif cəmiyyətləri yaratmağa başladılar. 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk parlamentli, sekulyar respublika modelini təqdim etdi. Bu dövlətin əsas prinsipləri milli azadlıq, mədəni dirçəliş və hüquqi bərabərlik idi. Cümhuriyyətin yaradılması göstərdi ki, çarizmin apardığı dini və milli zərərverici siyasətlərə baxmayaraq, xalqın milli ruhu sönməyib.
Çar Rusiyasının Azərbaycandakı dini siyasəti məqsədyönlü şəkildə İslamı milli ruhdan ayırmağa, onu idarəetmə vasitəsinə çevirməyə yönəlmişdi. Ruhanilər imperiyaya xidmət edən bir təbəqəyə çevrilmiş, məzhəbi parçalanma ilə milli birlik zəiflədilmiş, milli kimlik dini kimliklə əvəz olunmuşdu. Bu proseslər nəticəsində Azərbaycan cəmiyyətinin sosial strukturu, təhsil sistemi və mənəvi dayaqları zədələnmişdi. Lakin bütün bu basqılara qarşı maarifçi hərəkatın formalaşması və Cümhuriyyətin qurulması xalqın milli iradəsinin sarsılmadığını sübuta yetirdi.
Post-sovet dövründə İslam təsir vasitəsi kimi
1991-ci ildə müstəqillik bərpa olunduqdan sonra Rusiya Federasiyası Azərbaycanda ideoloji, dini və geosiyasi təsir imkanlarını qoruyub saxlamaq üçün bir sıra strategiyalar həyata keçirdi. Xüsusilə dini sahədə İslamdan istifadə olunaraq milli həmrəyliyin zəiflədilməsi, dini parçalanma və radikalizm toxumlarının səpilməsi istiqamətində cəhdlər müşahidə edildi.
Vəhhabilik, sələfizm və şiə radikalizmi
Şimal bölgələrində (Qusar, Quba, Zaqatala) Rusiya mənşəli və ya Rusiyadan maliyyələşən "qardaşlıq fondları" və "maarif mərkəzləri" vasitəsilə sələfi ideologiyalar yayılmağa başladı. Paralel olaraq İran və digər aktorların dəstəyi ilə radikal şiəlik cərəyanları da inkişaf etdirildi. Bu iki ziddiyyəti qızışdırmaqla Rusiya Azərbaycanda dini əsaslı qarşıdurma və ideoloji xaos yaratmaq istəyirdi.
Rusiya pravoslav kilsəsi və "mədəni təsir siyasəti"
Moskva patriarxlığı Qafqaz regionunu "pravoslav məkanı" kimi təqdim etməyə çalışırdı. Azərbaycandakı pravoslav icmaları vasitəsilə informasiya mühitini və ictimai təsir sahələrini nəzarət altına alınmağa cəhd edirdilər.
Dini icmalara ideoloji nəzarət
2000-ci illərin əvvəllərində Rusiya yönümlü ruhanilər bəzi məscidlərdə təbliğat apararaq dövlətçiliyə qarşı şübhə yaratmağa, gəncləri sistemdən uzaqlaşdırmağa çalışırdı. Bunun qarşısını almaq məqsədilə Azərbaycan dövləti ciddi addımlar atdı.
Bu gün Azərbaycan cəmiyyəti üçün həmin tarix bir xəbərdarlıqdır: dini dəyərlər milli varlığımızın ayrılmaz hissəsidir, lakin onlar siyasi məqsədlərlə manipulyasiya olunmamalı və kənar qüvvələrin nəzarətinə verilməməlidir. Güclü milli kimlik, sağlam dini düşüncə ilə birgə inkişaf etməlidir.
Azərbaycan dövlətinin qəti cavabı
Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin təməl prinsiplərini qorumaq məqsədilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini yaratdı. O, dəfələrlə bəyan edirdi ki, "din dövlətdən ayrı olsa da, dövlət dini təhlükəsizliyini təmin etməlidir".
Heydər Əliyev hər zaman qeyd edib ki, Azərbaycan xalqı öz tolerantlığı ilə həmişə fəxr etməlidir. Onun rəhbərliyi ilə Azərbaycanda dini ekstremizmə qarşı vahid hüquqi və inzibati nəzarət mexanizmi formalaşdı.
Prezident İlham Əliyev isə bu siyasəti daha da inkişaf etdirərək, Azərbaycanın dünyəvi və tolerant dövlət modelini beynəlxalq səviyyədə müdafiə etdi, dini radikalizmə qarşı hüquq-mühafizə orqanlarının fəaliyyətini gücləndirdi.
İlham Əliyev “Azərbaycanda din dövlətdən ayrı olsa da, amma dövlətin nəzarətindədir”,- deyib. O, bunu, həm də vətəndaşların hüquqlarının qorunması ilə əlaqələndirib: “Biz radikalizmə qarşı mübarizəni dövlət təhlükəsizliyinin ayrılmaz hissəsi hesab edirik".
Rusiya Federasiyası müstəqil Azərbaycana qarşı İslamı alətə çevirməklə ideoloji və siyasi təsir yaratmaq istəsə də, dövlətin siyasi rəhbərliyi - Heydər Əliyev və İlham Əliyev bu cəhdlərin qarşısı vaxtında alıb, Azərbaycanda dövlət-din münasibətləri balanslı şəkildə tənzimləyiblər.
Bu gün Azərbaycan regionda həm dini tolerantlığın, həm də milli təhlükəsizliyin uğurlu modelini təqdim edir. Rusiya tərəfindən aparılan yumşaq güc siyasətinə qarşı ideoloji müqavimət davam etməkdədir və dövlət bu sahədə prinsipiallığını qoruyur.
Elxan QARAYEV
Hüquqşünas
Bölməyə aid digər xəbərlər

Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"
15-01-2026, 11:04
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
2-10-2025, 09:07
Qəddar qadınlar: onlar illərlə məsuliyyətdən yayınıblar
1-10-2025, 08:19
Dallas sirri - Prezident Kennedinin qətli
30-09-2025, 09:47
Ən güclü mafiyalar - Onların şəbəkələri sərhədləri aşır
29-09-2025, 13:04
Qandinin qətli - Hindistanın vicdanına atılan güllə
27-09-2025, 10:15
Mafiya qaydaları dəyişib: cinayətkarların yeni üsulu daha gəlirlidir
26-09-2025, 14:57
Sarayevo atəşi - Birinci Dünya müharibəsinin fitili - Fotolar
5-08-2023, 16:30
Məzar təpikləyənlərin xələfləri - fransızlar
12-04-2023, 09:12
Dünyada cinayət nisbəti: bəzi ölkələr cəhənnəm vadisi, bəziləri yer üzünün cənnətidir
10-04-2023, 16:34
Ən təhlükəli, ən zəgin və ən ucuz şəhərlərin adı açıqlanıb - Siyahı
10-04-2023, 06:58
Böyük təhlükə xəbərdarlığı - Professor dövlət başçısına müraciət edib
31-03-2023, 21:54
Demokratiyanın qətli... - Araşdırma
24-03-2023, 22:33
Azərbaycanın xarici borcu nə qədərdir? - Araşdırma
16-12-2022, 10:33
Ermənilərin statistik yalanı - Qarabağda nə qədər erməni yaşayır?
23-08-2022, 11:06
Professor Azərbaycan prezidentinə müraciət edib: “Elmimizi xilas edin!”
22-03-2022, 13:10
Dünya ticarətinin 80 faizini təşkil edən gəmiçilik məhv edilib
11-03-2022, 16:09
Taxıl qıtlığı: dünya gözünü Avropa istehsalçılarına zilləyib
11-03-2022, 14:33
Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?
17-02-2022, 15:45
Kürdə su azalır: "Vəziyyət yaxın illərdə düzəlməyəcək" - Araşdırma
11-11-2021, 16:47
Pandemiyanın daha bir fəsadı - Alimlər həyəcan təbili çalır
11-11-2021, 13:51
Ermənilərin törətdiyi ekoloji fəlakət beynəlxalq səviyyədə müzakirəyə çıxarılıb - Araşdırma
31-10-2021, 09:46
Baş tutmayan 12-ci abortun “fəsadı”: bioloji ana məşhur qızdan üzr istəyəcək - Fotolar
24-10-2021, 15:13
Naqafil güllə xanım-operatorun həyatına son qoyub - Fotolar
27-08-2021, 15:45
Azərbaycandakı əcnəbilərə vaksin vurulmur: pasportu necə alsınlar?
3-03-2021, 15:15
Koronavirusdan sağalanların səhhətində başqa problemlər yaranır
8-02-2021, 13:53
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
6-11-2020, 12:21
Qarabağda ermənilərin yandırdığı və ya donuz tövləsinə çevrilən məbədlər - Araşdırma
7-08-2020, 14:27
Yeni idarəetmə sistemi gəlir: dövlət şirkətləri büdcənin “pulsoran”ı rolundan çıxarılacaq
19-06-2020, 15:03
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan insanının qorxu indeksini öyrənmək üçün sorğu keçirib
12-06-2020, 14:15
Qarabağ üsyanı - 100 il: Mübarizə tariximizin şanlı səhifəsi
30-04-2020, 18:51
“8-ci kilometr bazarı”nın sahibi ilə bağlı müəmmalı hadisə: onu gecəyarısı kim və ya kimlər soyub?
2-04-2020, 13:39
Koronavirusdan sonra... - Dünyada böyük dəyişiklik gözlənilir
9-10-2019, 19:10
Ölkə təhsilində ciddi problemlər aşkarlanıb - Araşdırma
18-09-2019, 12:29
“Leş mafiyası”nı kimlər himayə edir? - Yeni detallar
2-09-2019, 08:06
Uşaqsız ailələrdə boşanma artıb - Statistika
27-08-2019, 22:16
Agentlik sədrinin biznes ortağı haqda yeni məlumatlar yayıldı - Fotolar
26-08-2019, 14:55
Komitə və ASC sədrlərinin keçirdiyi tenderlərin qalibi olan şirkət rəhbəri haqda sənədlər yayıldı - Siyahı
23-08-2019, 17:07
Deputat Ağalar Vəliyev xaricdə oğlunun adına nələr almayıb ki... - Siyahı yayıldı - Fotolar
26-06-2019, 12:20
Kimə hesabdan “2” yazaq? DSK sədri Tahir Budaqova, yoxsa MSK sədri Məzahir Pənahova... – Araşdırma

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər