Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 06-09-2016 15:35 | Bölmə: Fotoqalereya
Müsavat Partiyasının sabiq başqanı, tanınmış siyasətçi İsa Qəmbər evliliklərinin 30-cu ildönümü ilə bağlı həyat yoldaşı Aidə xanıma təbrik məktubu yazıb.
Reyrting.az saytı ictimailəşmiş həmin təbriki təqdim edir:
Bu gün - 6 sentyabrda dünyanın ən gözəl və ən ağıllı qadını Aida xanımla ailə qurmağımızın 30-cü ildönümüdür!
30 il... Yaxşı günlərimiz çox olub, çətin günlərimiz də az olmayıb. Hər zaman ona layiq olmağa çalışmışam. O da bütün çətinliklərdə mənə arxa olub.
Aida dünyada hər şeyin ən yaxşısına layiqdir, amma hər zaman mənim məhdud imkanlarıma qane olub.
Bu illər ərzində nələrdən imtina etdiyimi ən yaxşı bilən odur, amma heç bir zaman mənə nəinki heç bir irad bildirməyib, əksinə, bütün ağır qərarlarımda məni dəstəkləyib. Çünki onun üçün də ləyaqət hər şeydən üstündür.
İtkilərimiz az olmayıb. Əsas qazancımız isə övladlarımızdır.
İki nəfərlik ailə idik.
Sonra İlkin dünyaya gəldi, üç olduq!
Sonra Turgut dünyaya gəldi, dörd olduq!
Sonra İlkin evləndi, ailəmizə Püstə xanım daxil oldu, beş olduq!
Sonra Turqut evləndi, ailəmizə Nigar xanım daxil oldu, altı olduq!
Nəhayət, Turqutla Nigarın övladı, bizim nəvəmiz Ada xanım əfəndi dünyamıza gəldi, yeddi olduq!!!
Mən nəvələrimizin artmasını, Adanın arxipelaqa çevrilməsini çox istərdim:), əlbəttə, qərarı övladlarımız verəcək.
Sən isə Aida xanım, möhkəm və səbrli ol! Çünki mən ən azı daha 30 il səninlə qurduğumuz ailənin davamını istəyirəm!"













Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər