Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 18-01-2017 18:26 | Bölmə: Əli ƏLİYEV

Hamı Lavrovun bəyanatından danışır. Gözlənilməz nə var ki? Kim Rusiyadan Qarabağ mövzusunda ədalətli və tərəfsiz mövqe gözləyirsə, onun siyasətdən anlayışı mövcud deyil.
Ermənistan Rusiyanın Qafqazda qalma lövbəridir. Ermənistan layihəsi xristian dünyasının Qafqazı nəzarətdə saxlamaq planıdır. Bu günkü dinməz bölgüyə görə isə, Qafqaz Rusiyanın nəzarətinə verilib.
Ey mənim sadəlöhv (bəzən özünü belə göstərən) həmvətənlərim! Kələntərov-Lavrov milliyyətcə erməni, Putinin silah arkadaşıdır. Əmin olun və YAP nağıllarına inanmayın ki, Rusiya bizə yardım edə bilər. Aprel döyüşlərində Rusiyanın rəsmi mövqeyi bir daha göründü. Bizdən istifadə etdilər. ABŞ və Qərbə tərəf qaçmaq istəyən erməni siyasi rəhbərliyinə "zəncir vurmaq" üçün göz yumdular, sonra isə bizim siyasi rəhbərliyə "Dur!" əmri gəldi. Bu qədər sadə.
YAP siyasi rəhbərliyinin mübarizə qayəsi özünü qorumaq, hakimiyyətdə qalmaq və daha çox ölkəni talan etməkdir. Əgər niyyət torpaq azad etmək, rifah qurmaq, ədalət bərqərar etmək olsa idi, indi mənzərə fərqli olardı. Baxın, YAP siyasi təbliğatı nəyə qürrələnir- "Soçidəki KVN yarışmasından Qarabağ brendli komandalar kənarlaşdırıldı". Konstitusiya bunumu tələb edir Sizdən? Bəynmədiyiniz və vaxtında mane olduğunuz AXC-Müsavat hakimiyyəti Xankəndinin kəndarında idi. Erməni deputatları yalvarışla Bakıya heyət göndərirdi. Budurmu Sizin siyasi məharətiniz?!
YAP idarəçiliyinin siyasi və diplomatik fəaliyyətinin rezümesi dünənki Lavrov bəyanatıdır. Bunlar anlamırlar ki, ölkəni tək iqtisadi, maliyyə, sosial, siyasi, mənəvi, ideoloji böhrana gətirməyiblər. Həm də diplomatik böhran başımızın üzərini kəsdirib. Anlamırlar ki, torpaq məsələsi pul məsələsi deyil. Pulu Millət "Haramları olsun!"-deyib keçər, lakin torpaq namus məsələsidir. Bunu bağışlamaz, inşallah.
Özünü sadəlöhvlüyə qoyan, nicatı rəsmən, qana-qana ki, xülyadır, Rusiyada axtaran, onun orden və medallarını fəxrlə ürəyinin üzərində daşıyan qiymətli soydaşlarım! Bilin ki, aparılan siyasət kökündən yanlışdır. Rusiya bizi yenidən müstəmləkəyə çevirmək istəyir. Rusiya sizin dolaşınığız müqabilində Azərbaycanı sürüngən şəkildə yenidən işğal edir. Özünüzü mütribliyə qoyub, bunu bilməmiş kimi davranmayın.
Mənim əziz Millətim! Lavrovu qınamayın. Lavrov ermənidir və Rusiyanı erməninin nicatı yolunda vasitə kimi kullanır. Məhz onun təyinatının nəticəsidir ki, ən çox soydaşımızın yaşadığı, Azərbaycana ən ciddi təsirə malik İranda, ən təhlükəli qonşumuz Rusiyanın səfiri də milliyyətcə ermənidir. Buna nə sözünüz?
Lavrov öz millətinə xidmətdədir. Putin də öz milli məfkurəsinə xidmət edir. Mən onların hər ikisini alqışlayıram. Millətlərinə qulluq edirlər. Bəs biz? Bəs bizim iqtidar? Biz kimə və nəyə xidmət edirik?
Əziz Qardaş və Bacılarım! Özümüzə millət olaraq xidmət etməyin vaxtı çoxdan yetişib. Özümüz xidmətə başlamasaq, taleyimizi dişimizə almasaq, məhv olacağıq. Bunu etməsək, nə YAP, nə də ondan sonra gələnlər Bizə xidmət etməyəcəklər. Milli iradə siyasi meydana çıxmalıdır. O iradənin hər molekulu, hissəciyi Sizlərin qəlbindədir. Onu ortaya çıxarmayana qədər Lavrovlar çox söz danışacaqlar. Yatan millətlərə heç kəs sayğı göstərmir. Oyanmaq vaxtıdır. Əlahiddə isə yuxululuğun imitasiyasından çıxmağın zamanıdır.
20 Yanvar ərəfəsindəyik. Özlərini millətin gələcəyinə sipər etmiş Şəhidlərimizin Qanına və Xatirəsinə layiq olaq!!!
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər