Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 06-12-2016 14:19 | Bölmə: Mətanət ƏLİYEVA
Ölkəmizdə gələn il keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri başlayıb. Bu məqsədlə 6 minə yaxın könüllü qeydiyyatdan keçib.
İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Olimpiadada 55 ölkə iştirak edib.
İkinci İslam Oyunları 2009-cu ildə İranda keçirilməli idi, lakin İran Səudiyyə Ərəbistanı ilə münaqişədə olduğundan oyunları keçirməkdən imtina edib.
Üçüncü İslam Oyunları 44 ölkənin iştirakı ilə 1913-cü ildə İndoneziyada keçirilib.
2017-ci ildə Bakıda keçiriləcək Dördüncü İslam Oyunlarında 38-40 ölkənin iştirakı nəzərdə tutulur.
Ümumiyyətlə, dünyada 193 ölkə var, bunun 56-sı müsəlman ölkəsidir.
Yəhudilərin bir dövləti var. Qalan 136 ölkə xristianlara və buddistlərə məxsusdur.
Dünyada 6,8 milyard insan var. Onların 1,57 milyardı müsəlmandır. Deyirlər ki, müsəlmanların sayı çoxdur, halbuki yalnız Çinin əhalisi müsəlmanlardan çoxdur.
Mətbuatda gedən məlumatlara görə, İslam Oyunlarına 350 milyon manata yaxın pul ayrılacaq. Görülən hər bir işin arxasında məqsəd dayanır. Əgər İslam Oyunlarını keçirməkdə məqsəd müsəlmanların həmrəyliyini yaratmaqdırsa, onda bu Oyunlar öz məqsədinə çatmayacaq, çünki müsəlman dövlətləri arasında hazırda böyük düşmənçilik var. Səudiyyə Ərəbistanı, Türkiyə kimi müsəlman dövlətləri digər müsəlman dövlətlərini işğal etməkdə xristian ölkələrinə yardım edir. Azərbaycan hökumətinin də bu məsələdə konkret mövqeyi bəlli deyil. Hökumətimiz yəhudi dövləti ilə əməkdaşlıq etməyi özünə şərəf bilir, halbuki müsəlman ölkələrinə edilən təcavüzün arxasında dolayısı yolla yəhudilərin dayanması ilə bağlı informasiyalar sızır.
Müxalifətdəkilərimiz də müsəlman ölkələrinə düşmən kimi baxırlar. Cəmiyyətimizdə çox həyasız bir təbəqə var. Qərbdən idarə olunan bu təbəqə hesab edir ki, ABŞ, İngiltərə səfirlərini qucaqlayıb öpmək, onların verdiyi pulla ölkəmizdə ara qarışdırmaq vətənpərvərlikdir, İran səfirliyinə ayaq basmaq isə vətənə xəyanətdir.
20 ildir onlar xalqı aldadırdılar ki, Qərb dünyaya demokratiya yayır. Artıq bu yalanlar keçməsə də, onlar razıdırlar ki, ölkəmiz İraqın, Əfqanıstanın gününə düşsün, təki bu adamlar hakimiyyətə gəlsinlər, Qərbin işğalçı siyasətinə bölgədə dəstək versinlər və pul qazansınlar. Millətçi cildinə girmiş bu təbəqə Qərbin işğalçı siyasətinə qarşı vuruşan dövlət başçılarını Hitlerə bənzədirlər, unudurlar ki, liderləri Məmməd Əmin Rəsulzadə vaxtilə Hitler üçün azərbaycanlılardan ibarət legion yaradıb.
Yaxın günlərdə ABŞ-dan gələn nümayəndə Əli Kərimovu, Cəmil Həsənlini və Real hərəkatının üzvünü qəbul edib. Digər Qərbpərəstləri qəbul etmədiyi üçün onlar amerikalı məmurdan inciyiblər. Gör, ABŞ bizim hökumətimizi nə qədər saymır ki, nümayişkəranə şəkildə öz casuslarını ölkəmizdə qəbul edir. Yəqin bizim hökumət nümayəndələrinin ABŞ qarşısında gözü kölgəlidir ki, ABŞ-ın 5-ci dərəcəli məmurları qarşısında səslərini çıxarmağa qorxurlar. Bu qorxunun bir ucu, mənim fikrimcə, gedib oğurluğa çıxır.
Sabirabad Telekommunikasiya Qovşağının (TKQ) sabiq rəisi Tapdıq Bağırov istintaqa ifadəsində deyib ki, 2010-cu ildə Kür daşqınları ilə bağlı Sabirabad TKQ-nin hesabına 13 milyon manat köçürülüb. Bu pulun 10 milyonunu qovşağın hesabından mühasib Oktay Rüstəmov nəğd çıxarıb, qalan 3 milyon fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına sərf olunub. Əslində 3 milyonun üç qəpiyi də fəlakətlə mübarizəyə sərf olunmayıb. Onu məmurlar öz aralarında bölüblər.
Yadımdadır, Kür ətrafında yaşayan kəndlərin əhalisi həmin dövrdə öz pullarına un torbaları alıb onu torpaqla doldurur, Kürün ətrafında bənd düzəldirdilər ki, evlərini su basmasın. Həmin üç milyonu fəlakətlə mübarizəyə sərf etsəydilər, bu gün bütün Aran torpaqları suvarma suyu ilə təchiz olunardı.
Əhalinin oğurluq pullardan bəhrələnən, tort, kürü yeməkdən piylənən bir qismi bu gün arıqlamaq üçün plastik əməliyyatlara, dietoloqlara milyonlar xərclədiyi halda Aran əhalisinin əksəriyyəti aclıq çəkir. Mən bunu şişirtmirəm. Hökumət üzvlərindən biri gedib yerində bu məsələni araşdırsın, onda görəcək ki, həqiqəti deyərəm. Çörəyi torpaqdan çıxan kənd əhalisi susuz torpağı necə əksin?
Aran zonasında heyvanlar da insanlar kimi aclıq çəkirlər. Otlaqlarda susuzluqdan ot bitmir, yem almağa camaatda pul yoxdur.
Çox adam aclıq çəksə də, bunu etiraf etməyə utanır, amma bu faktdır.
O ki qaldı nəğd şəkildə çıxarılan 10 milyon manatın taleyinə, mühasib deyib ki, "mənlik deyil". Məhkəmə də bu faktı araşdırmaq üçün mühasibin dediklərindən o yana getməyəcək. Çünki əksər hakimlər də hər gün cinayət edir.
Yazımın sonunda Şəkidən olan daimi oxucum Xanlar Şəmmədovun xahişini nəzərə almaq istəyirəm. Şəkinin kasıb sakinlərindən olan X.Şəmmədov bildirir ki, deputat Hadi Rəcəbli ilə bağlı mətbuatda gedən yazılarla razı deyil. Hadi Rəcəbli sovet vaxtı Şəkidə icra başçısı olarkən çox işlər görüb, onları danmaq nadanlıqdır. Həqiqətən də sovet vaxtının rayon rəhbərləri ilə indikilərin fəaliyyətini müqayisə edəndə, deyəsən, üstünlüyü müstəmləkə illərinə verməli oluruq. Onda, heç olmasa, Moskvanın qorxusundan xalq üçün də nəsə edirdilər. İndi xalq hökumətimiz üçün yox kimi bir şeydir. Belə davam eləsə, bu hökumət xalqı o həddə çatdıracaq ki, xalq könüllü surətdə müstəqilliyindən imtina etməli olacaq. ("Reytinq" qəzeti)Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər