00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Həyatdan kitaba, kitabdan həyata - Firuz Mustafa yazır
Tarix: 08-08-2020 18:42 | Bölmə: Firuz MUSTAFA

(İlyas Əfəndiyevin ədəbi gündəmə gətirdiyi problemlər əbəbi gündəmdədir)
Adətən, böyük sənətkarları doğum və ya ölüm günlərində daha çox yada salırlar. Bilmirəm bu, öz əsas mahiyyətinə görə, yaxşı ənənədir yoxsa pis. Mənə elə gəlir ki, əslidə xalqın mənəvi taleyində rol oynayan simalar həmişə anılmalıdır. Bu mənada, inanmaq istəməzdim ki, İlyas Əfəndiyev yalnız təqvimi xatırlatma naminə, deklorativ mülahizələrə görə, haqqında söz demək zərurəti yaranan sənətkarlardandır.
İlyas Əfəndiyev ədəbiyyatımızda öz sözü və öz izi olan yazıçıdır. Mən ədəbiyyata, klassik nəzəri postulatlarda qəbul olunduğu ənənəvi qaydada, yəni həyatın bədii inikası kimi baxdığım üçün, deyə bilərəm ki, İ. Əfəndiyev həyatda, deməli, həm də həyatın atributu olan insan talelərində, öz sözü və öz izi olan yazıçıdır.
İlyas Əfəndiyev ədəbiyyata yeni ab-hava, yeni nəfəs gətirmiş bir sənətkardır. Bəs bu yeniliyin əsas mahiyyəti (filosoflar demiş- kvintessensiyası) nədən ibarətdir? Məsələ burasındadır ki, yazıçının ədəbi qəhrəmanları kifayət qədər azad ruhlu, sərbəst düşüncəli, müstəqil xarakterli adamlardır. Və o qəhrəmanların əksəriyyəti cəmiyyətdə əsrlər boyu mövcud olub daşlaşmış zərərli ehkamlara, bir çox patriarxal qayda-qanunlara aşkarca meydan oxuyan cəsarətli, qorxmaz, canlı ədəbi personalar və personajlardır. Mənə elə gəlir ki, obrazlarının puhuna hopmuş bu azadlıq ovqatı, daha çox, böyük sənətkarın öz daxili azadlığından qaynaqlanımışdır.
İlyas Əfəndiyev həmişə müasir hesab edilə biləcək ədibi simadır. Ədəbiyyatda müasirlik təkcə hansısa söz adamının çağdaşlıqla və ya mövcud oxucu auditoriyasına nisbi zaman yaxınlığı ilə şərtlənmir. Müasirlik - həm də bir-birini əvəz edən nəsillərin hamısının (hər halda böyük əksəriyyətinin), həlli barədə düşündükləri problemlərin, əsl istedadlar tərəfindən gündəmə gətirilməsidir. Bu baxımdan, böyük vətəndaş yazıçının ədəbi gündəmə gətirdiyi problemlər əbəbi gündəmdədir və ya əksinə.
İlyas Əfəndiyevin qəhrəmanları öz dinamizmi və həyata ciddi “müdaxiləsinə” görə diqqəti, xüsusilə, cəlb edir. Hansı mənada? Elə sözün hərfi mənasında. Ədəbiyyatımızda çoxlu sayda obrazlar var ki, illər boyu saralıb qat kəsmiş səhifələrin arasında itib-batır, yalnız aradabir hansısa tədqiqatçı tərəfindən hansısa ədəbi faktın təsdiqi və inkarı üçün, yəni “quş qoymaq” üçün xatırlanır. Amma heç bir mübaliğəyə yol vermədən demək olar ki, ədəbiyyata həyatdan gələn İ. Əfəndiyevin qəhrəmanları birbaşa kitablardan həyata addımlamışlar. Əgər ondoqquzuncu əsrdə rus gənclərinin, xüsusən, rus qızlarının əksəriyyəti Turgenevin qəhrəmanlarına oxşamaq istəyirdilərsə, yola saldığımız əsrın ikincı yarısından üzü bəri İ. Əfəndiyevin əsərlərini oxuyan azərbaycanlı gənclərin əksər nümayəndələri bir çox mənəvi-əxlaqi cəhətlərinə görə onun ədəbi qəhrəmanlarının taleyini yaşamaq istəyirdi. Əgər Sofi Loreninin ekranda yaratdığı qəhrəmanlar italyan qadınlarının “yerişini” dəyişdisə, İlyas Əfəndiyevin ədəbi qəhrəmanları (yazıçının öz sələfi Cəfər Cabbarlının obrazları kimi) azərbaycanlı qadınların həyatının yeni - mütərəqqi istiqamətə yönəlməsində müstəsna rol oynadı. Hazırda deyilən mülahizələrə şübhəsi olanlar varsa, zəhmət çəkib ötən əsrin 60-80-ci illərində dövri mətbuatda yazıçının ədəbi qəhrəmanları ətrafında gedən qızğın mübahisə və davamlı “müharibələrlə” daha yaxından tanış ola bilərlər.

İlyas Əfəndiyev cəsarətli yazıçıdır. Bu cəsarət bir tərəfdən onun seçdiyi mövzuların sosial mahiyyəti ilə bağlıdırsa, digər tərəfdən ədibin üslubi axtarışları, bir az da dəqiq ifadə etməyə çalışsaq, deyə bilərik ki, uğurlu harmonik janr improvizələri ilə bağlıdır. Sənətkarın yaradıcılığında dramaturgiyanın əsaslı rol oynadığı hər kəsə məlumdur. Amma mən, yeri gəlmişkən, İ. Əfəndiyev yaradıcılığı üçün səciyyəvi olan bir cəhəti xüsusilə qeyd etmək istəyirəm: sənəkkarın demək olar ki, bütün nəsr əsərlərinin alt qatında aşkar və eləcə də örtülü dramaturji “laylar” mövcuddur. Dramatizm, dinamızm, vüsət, hərəkət, sürəklilik İ. Əfəndiyev yaradıcılığının bütün mahiyyətinə hopmuşdur; məhz elə bu səbəbdən də böyük yazıçının, hətta, prozasında belə, hansısa “prozaik” lövhə, təsvir və ya ifadə tapmaq mümkün deyıldir.
İlyas Əfəndiyev bədii dilin imkanlarından maksimum dərəcədə ustalıqla istifadə edən söz sərrafıdır. Azərbaycan türkcəsi ədibin bütöv yaradıcılığı müstəvisində yeni fəslin yeni çiçəkləri kimi tumurcuqlayır, güllənir, çiçəklənir, ətir saçır. İ. Əfəndiyevin dili onun obrazlarının özü kimi canlı, diri, yaşarıdır.
İlyas Əfəndiyev öz yadadıcılığı etibarilə klassik irsə, milli ədəbi ənənələrə dərin köklərlə baglı olan yazıçıdır. Dünya ədəbiyyatına yaxından bələd olan, geniş erudisiyalı sənətkarı daim öz vətəninin, öz torpağının problemləri narahat etmişdir. Onun qəhrəmanları ən müxtəlif zümrəyə mənsub olan insanlardır. Müxtəlif ranqlı və dünyagörüşlü personajların, obrazların hər birisi öz amalı, öz istəyi ilə yaşayır. Onların mənfisi də var, müsbəti də, miyanası da. Amma o obrazlar arasında hissizi-duyğusuzu, “soyuqqanlısı” yoxdur. Burası da var ki, bütün “milli” keyfiyyətlərinə rəğmən İ. Əfəndiyevin qəhrəmanlarını dünya ədəbiyyatı kontekstindən kənarda təsəvvür və təhlil etmək olmaz. Yazıçının yaratdığı obrazlar sənətkarlıq və sambal baxımından milli və bəşəri paradiqmaları özündə birləşdirir. İ. Əfəndiyevin əsərləri hələ öz sağlığında ikən bir sıra dillərə tərcümə olunmuş, digər məmləkətlərdə yaşayan insanlərın mənəvi aləminə daxil olmuşdur.
Yəqin ki, sənətkarın başqa dillərdə səslənməsi prosesi bundan sonra da davam edəcək. Belə geniş və gərəkli təqdimatdan milli ədəbiyyatımız yalnız qazana bilər. Axı hər hansı bir xalqın mənəvi-əxlaqi dünyasını böyük bir mühitdə (dünyanın coğrafi-sosial-siyasi-ədəbi və s. düzənində) istedadla yazılmış ədəbi əsələrdən daha layiqli nə əvəz edə bilər? Çünki elə özümüz də bizə doğma və yad olan millətlər və xalqlar haqqında, əgər belə demək caizdirsə, bütün gərəkli məlumatları ədəbiyyat vasitəsi ilə almışıq. Yəqin ki, əksəriyyətimiz qətiyyətlə deyə bilər ki, Fransanı Hüqo və Balzak, İngiltərəni Şou və Qrin, Almaniyanı Gesse və Brext, Rusiyanı Tolstoy və Dostoyevski, Türkiyəni Rəşad Nuri və Nazim Hikmət, Amerikanı Mark Tven və Cek London, Yaponiyanı Abe və Kavabata, İtaliyanı Pirandello və Montale, Çilini Mistral və Neruda bizi öz ölkələrinin və xalqlarının həyatı ilə tarxçi və coğrafiyaçılardan daha əvvəl, həm də daha yaxından tanış ediblər. Bu mənada, coğrafi məkan etibarilə bizdən qismən və ya kifayət qədər uzaq olan mühitdə yaşayanlar, xalqımız haqda ən müfəssəl və dolğun, eləcə də tarixi-əxlaqi məlumatları bir çox digər klassik və müasir sənətkarlarımızla yanaşı, həm də İlyas Əfəndiyevin əsərlərindən əxz edə bilərlər. Təbii ki, mən bu əsərlərə adi informasiya, məlumart qaynaqları kimi yanaşmıram; sohbət indiki halda həm də yüksək ədəbi-bədii səviyyəyə, estetik kamilliyə, psixoloji dərinliyə malik əsərlərdən gedir. Və söhbət həm də xalq həyatını miqyaslı təsvir edən, xalqın taleyində rol oynayan və xalqın yaddaşında yaşayan sənətkarlardan gedir.
İlyas Əfəndiyev həm də gələcəyin yazıçısıdır. Bunu həyat sübut etməkdədir. Böyük ədib öz əsərlərinin mütləq əksəriyyətini sosializm dönəmində qələmə almışdır. Həmin siyasi mərhələnin bir çox atributları artıq tarixin arxivinə verilmişdir. Amma xoşbəxtlikdən ədəbiyyat tariximizin bir çox əbədiyaşar nümayəndələri kimi İ. Əfəndiyevin də zəngin yaradıcılığı, “arxivə” qatılmaq təhlükəsindən çox uzaqdır. Ən azı ona görə ki, boyük yazıçının qaldırdığı əxlaqi-etik problemlər bu gün də aktualdır. Kəskin iqtisadi-siyasi dönüş mərhələsində - mədəniyyətimizdə yeni istiqamətlərin təşəkkülünə çəhd edildiyi, ədəbiyyatımızda “oxucu böhranının” yaşanıldığı, oxucunun “ədəbi dilemma” qarşısında qaldığı bir dönəmdə, çox əlamətdar və sevindirici haldır ki, İlyas Əfəndiyevin oxucu auditoriyası öz çevrəsini mütəmadi olaraq genişləndirməkdədir. Mən əminəm ki, zaman keçdikcə ədibin yaradıcılığına olan maraq daha da artacaq.
İlyas Əfəndiyev haqqında söz deyərkən onun novator bir sənətkar olduğunu bir daha xüsusi vurğulamaq lazım gəilir. Novatorluq - sözün müsbət mənasında, inqilabçılıq deməkdir. Amma “ədəbi inqilabçılar” bir çox başqa inqilabçı “həmkarlarından” fərqli olaraq “böyük depressiyalardan” çıxış yolunu terror və repressiyalarda deyil, insan mənəviyyatının kamilləşməsində, ağlın və ürəyin nəfs üzərində qələbəsində görürlər. Bütün dövrlərin öz novator şəxsiyyətləri yetişir və bu prosesdə, şübhəsiz ki, obyektiv və subyektiv amillərin, bir az da sadə şəkildə formulə etsək - sosial və şəxsi keyfiyyətlərin çulğaşması müstəsna rol oynayır. İ. Əfəndiyev öz dövrünün övladıdır. Yaşadığı zamanın ictimai mahiyyət daşıyan kataklizm və kolliziyaları yazıçının əsərlərində bütün mahiyyət və nüansları ilə əks olunmuşdur.
İlyas Əfəndiyev, sözün müəyyən, həm də geniş mənasında, artıq vurğuladığımız kimi, daha çox gəncliyin yazıçısıdır. Təkcə ona görə yox ki, onun əksər əsərlərinin əksər qəhrəmanları gənclərdir və yazıçı bütün yaradıcılığı boyu gəncləri və gəncliyi narahat edən problemləri “iri planda” təqdim etməyə çalışmış və buna müvəffəq olmuşdur. Bu, həm də ona görə belədir ki, yazıçı öz gənc həmkarlarına daim diqqət və qayğı ilə yanaşmış, özü də yorulmaz gənclik ehtirası ilə yazıb-yaratmışdır. İ. Əfəndiyevin ibrətamiz və mənalı həyat yolu bir də onu sübut edir ki, yazıçının ən böyük vəzifəsi onun əsərləri, ən böyük sərvəti isə oxucu məhəbbətidir. Yeri gəlmişkən, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ədəbiyyata yenicə qədəm qoyan bəzi qələm sahibləri “gənclik” anlayışını bir çox hallarda sırf fizioloji anlamda dərk və ya interpretasiya edirlər. Əslində isə, sənətdə novatorluq və gənclik, bir missiyadır və bədbəxtlikdən (həm də xoşbəxtlikdən) bu nəsnəyə yaş senzi tətbiq etmək qətiyyən mümkün deyildir. Necə deyərlər, gənc nadanın qocalanda müdrikləşəcəyinə inam bəsləmək, elə gənc müdrikin qocalanda nadan olacağına inanmaq qədər absurddur.
Müdrik adam özünün elə bütün yaşlarında müdrikdir. O ki qaldı yaşa, hər bir böyük söz adamı, yaşadığı zamandan və məkandan asılı olmayaraq daim gəcdir. Ümumiyyətlə, qüdrətli söz qocalmır. Deməli, o sözün sahibləri də daim gəncdir. Bu mənada İlyas Əfəndiyev, sözü heç zaman qocalmayacaq bir sənətkardır. O, epoxal-zaman iyerarxiyasına mənsubluğu baxımından, öz böyük sələflərinin - Mirzə Fətəlinin, Mirzə Cəlilin, Haqverdiyevin, Cabbarlının varisidir.
Və nəhayət, İlyas Əfəndiyev hansısa regionun yox, böyük Azərbaycanın yazıçısıdır.
P.S. Mən bu yazıda İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığını səciyyələndirən ayrı-ayrı əsərlər və həmin əsərlərdəki ayrı-ayrı obrazlar üzərində deyil, sənətkarın ədəbi fəaliyyətini şərtləndirən başlıca ədəbi paradiqmalar üzədində dayanmağı daha məqbul hesab etdim. Bəzən induktiv səciyyə daşıyan araşdırmalar, nəhəng sənətkarların böyük palitrada, qlobal miqyasda təqdimatına mane olur. İlyas Əfəndiyev böyük problemləri böyük sözün qüdrəti ilə təqdim edən yazıçıdır. Bu cür sənətkarlar haqqında söhbət açarkən bütün hallarda və zamanlarda yalnız indiki zamanda, yəni müasirlik müstəvisində danışmaq lazım gəlir.
Bölməyə aid digər xəbərlər

(esse)

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər