00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Firuz Mustafa: “Özümdə az-çox bir cəhəti bəyənirəm...” - Fotolar
Tarix: 15-07-2020 01:32 | Bölmə: Firuz MUSTAFA

Çoxcildliyə qısa müəllif müqəddiməsi
Yay. Günəş. Yaşıllıq. Dağ çayının zümzüməsi. Arabir bu zümzüməyə nəğməli quşların nəqəratı da qoşulur...
Oxuduğunuz bu qısa cümlələr ilk baxışda hansısa pyesin remarkasını xatırlada bilər. Amma bu cümlələrin indiki halda pyesə birbaşa dəxli yoxdur. Məsələ burasındadır ki, mən bu anlarda həmin qısa cümlələrin axarında özümün əhatə olunduğum real ətraf mühitin təsvirini verməyə çalışıram.
Bəli, hazırda doğulduğum kənddəyəm. Gədəbəy, Şınıx, İsalı. İyul. Pəncərəmizdən Ər dağının zirvəsi görünür. Mən hər il doğulduğum obaya istirahət məqsədilə gəlirəm. Amma bu, ilk baxışdan belədir. Əslində isə günümün böyük hissəsi yazı masamın arxasında keçir. Bu il “əl kompüteri”mi də ərinməyib kəndə özümlə gətirmişəm. Yox, təkcə yazı-pozu məqsədilə yox, hərçənd ki, bu da istisna deyil. Məsələ burasındadır ki, mənim az qala bütün “arxivim”, indiyəcən yazdıqlarımın əksəriyyəti kompüterin yaddaşındadır. Yaşın soyuğunu isidə bilməyən bu yay günlərində öz yazılarımı sistemləşdirmək niyyətindəyəm. Yazılarınsa say-hesabını dəqiq bilmirəm. Orasını da deyim ki, son illərdə bütün yazılarımın mətnini özüm yığır, onların hamısını özüm korrektə və redaktə edirəm.

Bu yazıların çoxunu gecələr qələmə almışam. Bəli, onlar məhz qələmlə yazılıb. Sonralar qələmlə yazılanları tədricən kompüterlə yığmağa başlamışam.
Yaradıcılıq “laboratoriyama”, iş rejimimə az-çox bələd olan dostlar bəzən yarızarafat-yarıciddi deyirlər: “Az yatdığın üçün çox yazırsan”. Mənim onlara cavabım adətən belə olur: “Az yatdığım üçün çox yazmıram, çox yazdığım üçün az yatıram”.
Məni daxili tələbatım yazmağa təhrik edir. Özümü nə vaxtsa zorən yazmağa məcbur etdiyim anı xatırlamıram.
Mən yazmaq xatirinə yazmağın əleyhinəyəm. İndi elə bir vaxt gəlib yetişib ki, hətta başqalarına “əsər” yazdıran “müəlliflərə” də təsadüf olunur. Hesab edirəm ki, yaradıcılıq həm də həzz mənbəyidir. Mən öz yazdıqlarımdan həm də daxili bir zövq alıram. Yazı masasının arxasına keçmək zorla biyara getməyi deyil, bayrama getməyi xatırlatmalıdır. Mənim belə “bayramlarımın” isə sayı-hesabı yoxdur.
Bədii əsərdə hər bir cümlənin, hər bir ifadənin, hətta, hər bir sözün “yükdaşıma” qabiliyyəti olmalıdır. Zənnimcə, hər soz bir vaqona, hər cümlə bir qatara bənzəyir. O qatarın lokomotivi isə oxuculara, tamaşaçılara ünvanlanmış ideyalardır. Boş, mənasız, cəfəng söz yığınından ibarət solğun cümlələr, daha çox üz tutduğu ünvanı dəqiq bilinməyən, fəzadakı “qara çuxuru” xatırladan boşluğa üz tutmuş sürücüsüz qatarlara bənzəyir...
Bəli, mən uzun illərdən bəri yazdıqlarımı, indi bu yay günlərində, daha doğrusu, yay gecələrində nizama salıram. Vaxt azdır. Ömür günəşinin zeniti keçərək sürətlə qüruba yaxınlaşdığını, qarşıdakı zamanın qısalığını bu ucqar dağ kəndində daha yaxından hiss edirəm. Axı burada elə Günəş də, Ay da Yerə çox yaxın olur...

...Uzun götür-qoydan sonra belə qərara gəldim ki, tərtib edəcəyim seçilmiş əsərlərin ilk cildlərinə pyeslərim (təxminən 50 dram əsərini) daxil edilsin. Niyə məhz pyeslər?
Məsələ burasındadır ki, mən əvvəllər də “çoxcildliyimin” nəşrini həyata keçirməyə çalışmışam. Hətta, bu cildlərdən bir neçəsi işıq üzü görüb. Amma açığını deyim ki, əsasən, maddi çətinliklər ucbatından o cildlərin hamısı oxucularla “görüşə” bilməyib. Yəni nəşr yarımçıq qalıb. Nə etmək olar? Reallıq budur.
Əvvəllər nəşr edilən “çoxcildliyim” nəsr əsərlərimlə açılırdı. Hazırda həmin formatı dəyişmək qərarına gəlmişəm. Belə ki, artıq sözümün əvvəlində qeyd etdiyim kimi, bu dəfə nəşr ediləcək seçilmiş əsərlərimin ilk cildlərinə dramlarım daxil ediləcək. Bu da təsadüfi deyildir. Axı mənim yaradıcılığımın əsas kvintessensiyasını, özəyini pyeslərim təşkil edir. Həmin pyeslərin də böyük əksəriyyəti ölkədaxili və xarici teatrlarda tamaşaya qoyulmuşdur. Digər janrlarda yazdığım əsərlərin əksəriyyəti sanki mənim pyeslərimin çoxcildli remarkalarıdır. Digər cildlərə nəsr və publisistik əsərlərim, habelə ədəbi tənqidlə, ədəbiyyatşünaslıqla, dilçiliklə, tarixlə, psixologiya ilə bağlı məqalələrim daxil ediləcək.
Yeni cildlərdə elmi-fəlsəfi aspektdə qələmə alınmış monoqrafiya və rəylərim də yer alacaq.
Uzun illərdən bəri gündəliklər yazıram. Çoxcildliyə həmin gündəliklərin daxil edilməsi nəzərdə tutulmayıb. Ən yaxşı halda gündəliklərdən ictimai mahiyyət kəsb edən bəzi parçalar işıq üzü görəcək. Zira belə hesab edirəm ki, insanların öz şəxsi-intim aləmi, elə hər kəsin özü üçün maraq kəsb edə bilər.
Bir məsələni də qeyd etməyi vacib bilirəm. Mənim əsərlərimin mütləq əksəriyyətinin əlyazmaları Respublika Ədəbiyyat arxivində saxlanılır. Onların ümumi həcmi yüz qovluğa yaxındır. Bir çox əsərlərimin isə əlyazma və çap variantları obyektiv və subyektiv amillərə görə it-bata düşüb. Bu “it-batın” səbəbləri də kifayət qədər çoxdur: şəraitsizlik, yanğın, biganəlik... Uzun müddət daimi yaşayış yerimin olmaması, tez-tez baş verən “yerdəyişmələr”... Sonrakı mərhələdə kompüter “qəzaları”, xaker hücumları... Özümün cırıb atdığım, məhv və ya imtina etdiyim yazılar da az deyildir.
Seçilmiş əsərlərin tirajı məhdud olacaq. Çox güman ki, dram əsərləri teatrlara, bədii və elmi əsərlərsə müvafiq qurumların kitabxanalarına çatdırılacaq.
Hesab edirəm ki, “seçilmişlərim” bir neçə oncilddən ibarət olacaq.

...Beləliklə, “naməlum rəssamın” saysız-hesabsız rəngləri qarışdıraraq təbiətin ucu-bucağı görünməyən nəhəng “kətanı” üzərində şəkdiyi abstrakt və realist mənzərələri xatırladan bu günəşli yay günlərində yeni, ünvanlı bir səfərə çıxıram.
Bütün tamaşaçı və oxucularıma xoş istəklərimi çatdırıram.
30.07.2019
***
Artıq 2019-un yayı arxada qalıb.
Bəli, ötən ilin yayında yazdığım bu qeydlərdə “Əsərlərimin” gələcək cildlərinin sayının 30 olacağı ehtimal olunurdu. Və elə nəzərdə tutulan 30-cildliyin ilkin elektron versiyasını hazırladım da.
Yeri gəlmişkən, artıq xeyli müddətdir ki, öz əsərlərimi birbaşa kompüterə özüm yazır və onları kitab kimi özüm səfifələyirəm... Bunlar öz yerində. Az sonra məlum oldu ki, yazılarımın bir çoxunu həmin cildlərə daxil etmək mümkün deyil. Səbəb sadə idi: cildlərin sayı məhdud, yazılarsa kəmiyyəti çox idi. Bu “məhdudiyyəti” aradan qaldırmaq üçün cildləri bir daha yenidən “tərtib etməyə” başladım.

Bu dünyada özünü ən çox tənqid edən adam yəqin ki, mənəm. Yalnız bir cəhətimi az-çox bəyənirəm: yazmağa (və düşünməyə) heç vaxt tənbəllik etməmişəm. Gecə yadıma düşən hər hansı gərəkli bir fikri belə qeyd dəftərimə yazmaqdan vaz keçmirəm.
2020-ci ilin bu əsəbi, narahat yay günlərində bəşəriyyət qorxunc pandemiya ilə üz-üzə dayanıb. Belə gərgin vaxtlarda, ümumiyyətlə bütün ekstremal vəziyyətlərdə yaradıcılığa sığınmaqdan gözəl heç nə təsəvvür etmirəm.
Və nə yaxşı ki, yayı, Günəşi, isti-qaynar, hərarətli havaları xoşlayıram. Belə havalarda sanki yaradıcılıq aktivliyim, fəaliyyət “temperaturum” daha da yüksəlir.
Beləliklə, yeni tərtibatda cildlərin sayı 40 oldu.
Bəli, artıq 40-cildliyin elekrton versiyası hazırdır.

Yeri gəlmişkən, bu çoxcildliyin ilk 12 cildinə dram, 8 cildinə nəsr əsərlərim daxil edilib. Qalan cildlərdə elmi-fəlsəfi, publisistik, ədəbiyyatşünaslıq, incəsənət, tarix, müsahibə, sənət... yazıları toplanıb.
İbu gözəlim isti havalarda bir çox qayğılarla “dil tapıb” gecə-gündüz işlədim və azərbaycanca hazırladığım 40-cildliklə yanaşı rus dilindəki “seçilmiş” yazılarımın 6-cildliyinin tərtibatını da başa çatdırdım.
Bəs çapa hazır olan bu əsərlərin ənənəvi kağız variantı nə vaxt hazır olacaq? Təəssüf ki, mən hələlik bu suala konkret cavab verə bilmirəm. Hər şey oxucu tələbatından asılıdır.
Hamıya uğurlu mütaliə arzu edirəm.
10.07.2020
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər