Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 27-01-2026 18:09 | Bölmə: Gündəm

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində "Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.
Reyting.az xəbər verir ki, Baş nazir çıxışında Xəzər dənizinin Azərbaycanda mənsub bölməsindəki neft-qaz yataqlarında Sovetlər İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv edilmiş və ya konservasiya olunmuş neft quyularının, estakadaların, yanalma körpülərinin, platformaların köhnəlməsi, korroziyaya uğraması və hidrometeoroloji amillərin təsiri səbəbindən qəzalı vəziyyətə düşməsi nəticəsində yaranmış problemlər dənizin ekoloji vəziyyətinə neqativ təsir göstərdiyini, eyni zamanda uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında (Dənizkənarı bulvarın) da çirklənmənin dərinləşdiyini və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yarandığını bildirib.
Kompleks Tədbirlər Planı ilə bağlı Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadənin təqdimatla çıxışı və Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun məruzələri dinlənilib.
Eyni zamanda, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələləri ilə bağlı Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarovun və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun məruzələri və digər çıxışlar dinlənilib.
Hər iki məsələ ətrafında müzakirələr aparılaraq aidiyyəti dövlət qurumlarına Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verilib.
Həmçinin Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verilib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər