Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-01-2026 16:55 | Bölmə: Gündəm

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurasının üzvləri Azərbaycan prezidenti İlham Əliyevi Beynəlxalq "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə təbrik ediblər.
Reyting xəbər verir ki, təbrikdə vurğulanıb ki, Azərbaycanın nümunəvi dinlərarası əməkdaşlıq, multikulturalizm və məzhəblərarası anlaşma modeli dünya miqyasında təqdir olunur.
"Sülh, sabitlik, qarşılıqlı anlaşma olmadan tərəqqi, rifah mümkün deyil və Azərbaycanın siyasi lideri olaraq Sizin bu istiqamətdə fəaliyyətiniz ən xoş sözlərə, ən yüksək mükafatlara layiqdir. Dünyanın sülh gündəmində ön sırada olmağı – Sülh Şurasında təsisçi qismində iştirakı Uca Yaradana xoş gedən ideallar naminə dəyərli fəaliyyətinizin daha bir parlaq əməli nümunəsidir. Sizi belə bir mötəbər qlobal müstəvidə təsisçi qismində görmək bizi qürurlandırır, Azərbaycan xalqının ayrılmaz hissəsi olan dindarlarda rəğbət və fəxarət doğurur. Əminik ki, bu tarixi addımınız qlobal sülh, bəşəriyyəti narahat edən təhdid və təhlükələrin aradan qaldırılması işində böyük rol oynayacaq" - təbrikdə vurğulanıb.
Qeyd edək ki, təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev imzalayıblar.
Xatırladaq ki, Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"nın qalibləri sırasındadır.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər