Ərdoğanla Tramp Sülh Şurasını müzakirə ediblər
Tarix: 28-01-2026 00:36 | Bölmə: Gündəm

Ərdoğanla Tramp Sülh Şurasını müzakirə ediblər

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Donald Tramp telefonla danışıblar.

Reyting.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, Suriyadakı vəziyyət, Qəzza Sülh Şurasının fəaliyyəti, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Suriyada atəşkəsin qorunmasına, inteqrasiya sazişinin tam şəkildə icra olunmasına böyük əhəmiyyət verdiyini, ABŞ və Suriya rəsmiləri ilə prosesi yaxından izlədiklərini bildirib.

ELÇİN





Bölməyə aid digər xəbərlər