Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb
Tarix: 14-01-2026 10:45 | Bölmə: İdman

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat alıb.

Reyting.az bildirir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat veriblər.

Kəmalə Əsgərova qadın voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın "Srvena Zvezda" və Danimarkanın "Holte IF" komandaları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.

Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək.

Qeyd edək ki, oyun yanvarın 15-də Serbiyada keçiriləcək.





Bölməyə aid digər xəbərlər