Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 09-01-2026 11:45 | Bölmə: İdman

"Qarabağ" klubunun azərbaycanlı futbolçularına maraq çoxdur.
Bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis təkliflər barədə danışıb:
"Hər futbolçunu başa düşmək olar. Onlar üçün zənglər davam edir. Bəzi hallarda oyunçuların vasitəçiləri çoxalır. Bu da bizi narahat edir. Hər şey qaydasına düşür. Marko Yankoviçlə bağlı durum normaldır. Yerli və xarici futbolçularımıza maraq var. Bəlkə də azərbaycanlı futbolçulara maraq daha çoxdur".
O, futbolçu transferinə daha çox vaxt ayırdıqlarını söyləyib:
"Danışıqlar gedir. Hansı səviyyədə olacağını görəcəyik. Bəzi mövqelərdə oyunçuların sayını artırmaq niyyətindəyik. Ötən il çox güc sərf etdik. Bu səviyyədə işimizi qoruyub saxlamaq və davam etmək istəyiriksə, heyətə oyunçular cəlb etməliyik".
Qurban Qurbanov transfer planlarını UEFA Çempionlar Liqasındakı nəticələrə əsasən qurmadıqlarını vurğulayıb:
"Futbolçu Bakıda olmasa, deyə bilmərik ki, keçid həll edilib. Bəzən son anda alınmayanlar olub. UEFA Çempionlar Liqasında mərhələ keçsək də, heyəti çox dəyişə bilmərik. Biz futbolçulardan narazı olduğumuz üçün yox, heyəti genişləndirmək məqsədi ilə oyunçu axtarırıq".
Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək(report).
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər