ÇL: "Qarabağ" tarixi qələbə qazanıb
Tarix: 21-01-2026 23:46 | Bölmə: Xəbərlər / İdman

ÇL: "Qarabağ" tarixi qələbə qazanıb

Bu gün UEFA Çempionlar Liqasının VII turunda “Qarabağ” Bakıda Almaniyanın “Ayntraxt Frankfurt” komandası ilə oyuna çıxıb.

Reyting.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də start götürüb. Matç bəlli olmayan səbəbdən 3 dəqiqə gecbaşlayıb.

4-cü dəqiqədə "Qarabağ" Duranın zərbəsiyə hesabı açıb.

10-cu dəqiqədə Can Uzan hesaba tarazlıq gətirib - 1:1

İlk hissə bu hesabla başa çatıb.

77-ci dəqiqədə qonaqlar penaltidən hesabda önə çıxıb - 1:2

80-ci dəqiqədə komandamız Duranın qolu ilə bərabərliyi təmin edb - 2:2

90+4-cü dəqiqədə "Qarabağ"dan Bəhlul Mustafazadə tarixi qola imza atıb - 3:2

Oyun bu hesabla başa çatıb.

"Qarabağ" bu qolla 17-cı sırada növbəti mərhələyə yüksəlmə şansını qoruyub(mia.az).






Bölməyə aid digər xəbərlər