00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Alın yazısı
Tarix: 17-06-2019 12:58 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(Yaşar Bünyadın “Miqrant” kitabı haqqında düşüncələr)
Son illərdə Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən yazıçılardan biri də Yaşar Bünyaddır. Onun respublikamızda keçirilən ədəbiyyat müsabiqələrində bir qayda olaraq mükafatçılar sırasında yer tutması bunun bariz nümunəsidir. Yazıçının “Qoşalülə” hekayəsi “Ədəbi azadlıq 2014”, “General” hekayəsi isə manera.az saytının keçirdiyi müsabiqələrdə mükafata layiq görülüb. Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin Evi”nin təşkilatçılığı ilə keçirilən Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsində də Yaşar Bünyad (Əhmədov) fərqlənərək ikinci yeri tutub (xatırladaq ki, həmin müsabiqədə 1-ci yerə heç kəs layiq görülməyib). Ölkəmizin sanballı ədəbi tənqidçilərindən Elnarə Akimovanın ötən il “Ədəbiyyat qəzeti”ndə çap olunan “Yaşar Bünyadın hekayələri diskurs kimi” yazısı bu yazıçının yaradıcılığına verilən layiqli qiymət və müəllifin (Elnarə Akimova) üzərinə düşən mənəvi məsuliyyəti şərəflə yerinə yetirməsinin daha bir əyani nümunəsi kimi dəyərləndirilməlidir.
Yaşar Bünyadın “Miqrant” kitabında yeddi hekayəsi yer alıb. Onun bundan əvvəl çap olunan “İblis busəsi” romanı da oxucular tərəfindən rəğbətlə qarşılanıb. “Miqrant” kitabında toplanan “Miqrant”, “Hürməyən küçüyün ariyası”, “General”, “Quşlar qayıtdısa”, “Sükutun rahatlığı”, “Ata” və “Qoşalülə” hekayələri Yaşar Bünyadın Azərbaycan və dünya ədəbiyyatına dərindən bələd olmasına, eləcə də, milli-mənəvi dəyərlərimizə xüsusi önəm verməsinə dəlalət edir. Hekayələrin əksəriyyəti birinci şəxsin dilindən qələmə alınıb. Bu da həmin əsərlərin oxunaqlığına əlavə çalar qatır. Yaşar Bünyadın qələmə aldıqları ona görə dəyərlidir ki, bu yazıların hamısının mayası bədiilikdən yoğrulub və göbəyi ədəbiyyat qayçısı ilə kəsilib.
Müəllifin müraciət etdiyi mövzular əsasən milli-mənəvi dəyərlərimizə söykənsə də, işlənmə texnikası baxımından bir-birini təkrar etmir, fərqlidir. O, nəqletmənin cilovunu möhkəm-möhkəm əldə saxalaya bilir, süjet xətti boyunca bunu mətləbə görə şüurlu şəkildə və peşəkarcasına nizamlayır. Hekayələrin dili ürəyəyatımlı, təhkiyə də mükəmməldir, əksər hallarda narın-narın yağan yağışa bənzəyir. Bu da oxucunun ruhunu oxşamaqla yanaşı onu düşünüb-daşınmağa sövq edir. Obrazlı düşüncə, üslubun özünəməxsusluğu, hekayələrdəki ideyanın orijinallığı, ruhsal qatın oxucunu daim həssas vəziyyətdə saxlaması və digər üstünlüklər müəllifin yüksək peşəkarlıq səviyyəsinə dəlalət edir. Yaşar Bünyadın əsərlərində bədii təfəkkür və təxəyyül bir-birini üzvi şəkildə tamamlayır. Onun yazılarında mükəmməl struktur, obrazların tipikliyi, hadisə planının məntiqi gedişi, bədii texnikanın orijinallığı, yazı dilinin canlılığı və bədii vasitələrin rəngarəngliliyi diqqəti çəkir. Vizuallığın kifayət qədər əhatəli olması da müəllifin əsərlərinə təsirsiz ötüşmür. Onun yazılarında vizuallığın öhdəsindən məharətlə gəlməsi təsadüfi deyil. Beləki, vaxtilə bir müddət kinostudiyada çalışması və “Qayınana” kimi məşhur filmdə epizodik rola layiq görülməsi bu baxımdan öz sözünü deyir. Bundan başqa, müəllifi yaxından tanıdığımdan onun ta ağlı kəsəndən müxtəlif səhnəciklər uydurmaqla evlərini teatra çevirərək rejissorluq etməsini, qələmə daim sadiqliyini də ərz etməyi mənəvi borcum bildim. Elə məhz yazıb-yaratmağa mənən bağlı olmasının məntiqi nəticəsi olaraq Yaşar Bünyad ömrünün müdrik çağında yenidən ədəbiyyat aləminə baş vurdu və qələmini bir daha sınadı. Ötən qısa zaman kəsiyi də onun buna tam haqqı çatdığını təsdiqlədi. Bir sözlə, alın yazısından qaçmaq hələki kimsəyə müyəssər olmayıb.

Yaşar Bünyadın “Miqrant” kitabındakı hekayələri milli-mənəvi dəyərlərimizə ögey münasibətə və bəzi soydaşlarımızın assimilyasiyaya meylliyinə qəti etiraz xarakteri daşıyır. Elə, götürək “Miqrant” hekayəsini. Həmin hekayədə böyük mətləblər qələmə alınıb. Bu məqamda onu da qeyd etməliyəm ki, hekayədə araya-ərsəyə gətirilənlər xeyli müddət Rusiyada yaşayan müəllifin uzunmüddətli müşahidələri və görüb-götürdüklərinə komplesk yanaşmasının konkret məhsuludur. Ötən əsrin 90-cı illərində Rusiyada millətçilərin, skinxedlərin orada məskunlaşan soydaşlarımıza qarşı olmazın qəddarlığının mahiyyətini yazıçı böyük ustalıqla yaradıb. Əslində, bu, elə həmişə belə olub və indi də belədir. “Miqrant” hekayəsində bazarda bizimkilərə qarşı olmazın divan tutulması səhnəsinin qurbanlarından birinin (hekayədəki əsas surət) dilə gətirdikləri diqqətəlayiqdir:
... Kiməm ki? Ömrü boyu doğma sandığım bir toplum içində öz keçmişiylə pıçıldaşan yad bir varlıq – MİQRANT! Bu kəlmənin dar çərçivəsindəyəm... və başqa heç nə... Ağırlığına tab gətirəcək çiyinlərimi də çox gördüm sənə ana!..
Zənnimcə, yenidən orta məktəblərdə rusca təhsilin mataha döndüyü indiki zamanda assimilyasiya meylin qarşısının alınmasında bu qəbildən hekayələr və digər ədəbi əsərlər də vacib rol oynaya bilər. Bu baxımdan Yaşar Bünyadın “Miqrant” hekayəsi kimi ibrətamiz ədəbi əsərlərin rus dili bölmələrində təhsil alanlara əlavə oxu kimi tövsiyə edilməsi məqsədəuyğun olardı.
Müəllifin “Quşlar qayıtdısa” və digər hekayələri də insanı yerindən oynadır, reallığın gözünə dik baxmağa çağırır. Həmişə mənəvi paklıq, halallıq məkanı sayılan, alın təri ilə əppək qazanılan sirli-sehrli kəndlərimizin boşalmasına biganə qala bilməyən, kəndin-kəsəyin dilini yaxşı bilən müəllif “Quşlar qayıtdısa” hekayəsinin qəhrəmanının (kəndin sonuncu sakininin) yaşantılarında bunu dolğuncasına qələmə ala bilib:
... “Əgər, sərçələr qayıdıbsa, görəsən, qaranquşlar da dönər, yağışı canına çəkən ceviz kötükləri cücərər, boy atıb qol-budaqlı ağac olar, zəhləm getmiş qarğalar da qayıdar? Bilmək olmaz, birdən, Əbdülünkülərdən biri döndü, qənşərinə çıxan olmalıdı axı...”
Hekayələrindəki oynaq təhkiyə, illərin müşahidəsi əsasında obrazların daxili aləminə dərindən nüfuz etmə bacarığı, məğzin dərinliyi, incə satirik çalarlar, müəllifin özünün daxili yaşantılarını əsərlərinə peşəkarcasına “köçürməsi” və tutumlu dil də diqqətdən yayınmır. Bunun əyani nümunəsi kimi “Bir küçüyün sərgüzəştləri” silsiləsindən “General” hekayəsindəki gündəlik ən bahalı şampunlarla çimizdirilən ev itinin həyatı təsvir edilən bir parçaya diqqət kəsilək:
... İndi bu nəhəng həyətdəyəm; göy üzündən başqa heç yer görünməyən, bağlı-bağatlı bir malikanənin həyətində. Adamlar da mənim yaşayışıma həsəd apara bilər, lap paxıllıq da edər məncə; ayrıca otağım, ayrıca vannam, rahat yatağım... Yeməyim də gündə üç dəfə, özü də iri-iri yağlı tikələr! Yaşa da!..

Yaşar Bünyadın nəsrindəki poetik ruh da təsadüfi xarakter daşımır. Bu da onun nəsr ustası olması ilə yanaşı nəzm sahəsində də kifayətə qədər özünü sınamasından irəli gəlir. Xatırladım ki, “Ədəbi Azadlıq-2013” Milli Müsabiqəsində o, şairlər arasında ilk onluqda qərarlaşaraq bir sıra tanınmış yazarları belə geridə qoyub. Ədalət naminə onu da qeyd etməliyəm ki, hər bir kəs kimi Yaşar Bünyadın da qələmə aldıqlarının heç də hamısı eyni qüvvədə deyil. Bir sıra əsərlərindən də göründüyü kimi ədəbi zirvəyə doğru yolda o da hələ xeyli tər tökməlidir. Yolun açıq olsun, qardaş, növbəti yaradıcılıq uğurları diləyi ilə...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər