00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Yanlış da bir naxışdır - Hekayə
Tarix: 26-01-2019 19:14 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(hekayə)
Çənə - fəlsəfi çalarda ona dayaq verən əllə bir-birini üzvi şəkildə tamamlayır
Çöhrə - şümşad, həsəd aparılacaq zəriflik yağır
Dodaqlar - ucsuz-bucaqsız, narın qumsal sahili andırır
Burun – dənizin sahilində möhtəşəm sıldırım qaya
Gözlər – ruhu oxşayan nəhayətsiz üfüq
Qaşlar – arzular qanadında süzən bir cüt qayğısız qağayı
Alın – naxışbanaxış ağ pəmbə buludların yaraşıq verdiyi xalıya oxşayır
Qulaqlar - ?
Saç - ?
- Yaxşı, bəs, qulaqlar və saç? - deyə bayaqdan özünə əl qatan heykəltəraş dodaqaltı ritorik sualını mızıldandı. - Görəsən, bunlardan hansı təbəssüm satan Günəşin timsalı ola bilər? Büstdə bu da mütləq əksini tapmalıdır...
Bayaqdan ona göz qoyan biraddımlıqdakı xanımı və qızından bixəbərdi. Bic-bic xısınlaşırdılar. Uğunmaqdan özlərini güclə saxlayırdılar. Bəhrəmin xeyli müddətdir haldan-hala düşməsi onlara olmazın ləzzət eləmişdi. Birinci dəfə deyildi bu “tamaşa”ya hayıl-mayıl olduqları. Yaradıcılıq yaman şeydi.
- Nədi, yenə özünü həlak eləyirsən? Az qalırsan yaxanı cırasan?! Di gəl, qazandığın həmişə elə qəpik-quruşdur... – xanımı astadan yarızarafat-yarıciddi ona dəhmərləndi.
- Hə, sizsiniz, imkan verməzsiniz də əlimdəki işimi başa çatdırım? Sən, sancmağından qalma?! Bütün fikrimi dağıtdınız, onsuz da bayaqdan ha əlləşirəm, bu qulaqlar və saça çarə tapa bilmirəm?
- “Mus-mus” deyincə, bir dəfəlik “mustafa”nı de ki, biz də bilək, nə istəyirsən? Bəlkə, köməyimiz dəydi...
- Heç, sizin də yaxşı tanıdığınız, emalatxanası olan həmin heykəltəraş dostumun növbəti sifarişi var. Tanınmış yazıçılardan biri ondan kiçik bir büst düzəltməsini istəyib. Xoşuna gəlsə, yaxşı əl muzdu verəcəyini deyib. Amma şərti də şərtdi ha. Masasının üstündə göz önündə yerləşdirəcəyi büst onu yeni-yeni ideyalara kökləməlidir... Fərqli, orijinal bir sənət əsərindən söhbət gedir...
- Sənə də babat nəsə düşəcəksə, biz də baş sındıraq, yoxsa, nəyimizə gərəkdi?!
- Hə, sağ olsun... Dostum özü məndən yardımçı olmağı xahiş edib, yəqinki, az-çox pul-para da olacaq...
- Cızma-qarana ana-bala göz yetirmişik, biz biləni deyəsən, səni ilk növbədə qulaqlar və saçdan hansının Günəşə uyğun gəlib-gəlmədiyi düşündürür?
- Halal olsun, düz tapmısınız... Qadın büstü düzəltməyi qərara aldıq... Ələxüsus da, yazıçıların ilham mənbəyi qadınlardı, sevgidən ötrü sinov gedirlər. Onların qələminin tükənməz mürəkkəbi eşq, məhəbbətdir!
- Burda, düşünməli nə var ki, əlbəttə, saç...
- Bir başını işlət də, qara rəngdə də Günəş olar?
- A kişi, qara niyə, bəyəm, sarışın, kürən, lap elə qızılı rəngdə saç olmur ki?!
- A, buna bax e, doğrudan da... Hamısı yorğunluqdandır... Bayaqdan bu heç cür ağlıma gəlmir...
- Səndə elə fərasət tapılsaydı, indiyə dirəklərimiz də qızıldan olardı, - fürsəti fövtə verməyən həyat yoldaşı növbəti “səlbəsini” işə saldı.
- Yetər də, fikrin-zikrində elə puldu. Yaxşı olar ki, qulaqları nəyə bənzətməli olduğumda da mənə əl tutasınız?
- Onu özün düşün, biz bacardığımızı dedik... Lap yaxşı olardı ki, sən də sənətinlə bağlı elə bir ideya fikirləşəsən ki, özün pul qazanasan, daha dostuna qabırğa olmayasan?! Yaddan çıxarma ki, sabah-birigün övladlarına toy eləməlisən, qızına babat cehiz qoşmalısan, gələcək gəlininə əməlli-başlı bazarlıq düzəltməlisən, bunlar göydən zənbillə düşmür e?! Barı, gec də olsa, bunları düşün, unutma ki, vaxtın çox dardı...
Həyat yoldaşının kəlmələri neştər olub Bəhrəmin bağrını dəldi. Deməyə söz tapmadı. Bu hələ harasıydı. Üstəlik, artıq yetkinlik yaşına çatan qızı da anasına hay verdi:
- Ata, rəhmətlik nənəm deyərdi ki, atalar buyurublar, ağıllı kişi əyalının dediyini qulaqardına vurmaz. Hərdən arvadlardan elə fikirlər çıxır ki, bu, kişilərin ömür boyu ağlına gəlməz. Kişinin fərasəti ondadır ki, arvadının aradabir dilə gətirdiyi müdrik fikirləri göydə tuta.
- Qızım, Allah nənənə qəni-qəni rəhmət eləsin. Hardadır, məndə o bəxt. Axı, mənə elə həyat yoldaşı qismət olmayıb ki, dedikləri qızıla dönə. Onunku gecə-göndüz məni qınaqla top atəşinə tutmaqdır.
- A kişi, elə də dil-dil ötürsən ki, guya biz sənə yol göstərsək, vecinə alacaqsan? Axı, sən öz bildiyini kimsəyə güzəştə gedən deyilsən?!
Bayaqdan divara dirənən Bəhrəm bu dəfə adətinə xilaf çıxdı. Ərklə həyat yoldaşına səsləndi:
- Havaya söz tolazlamağa nə var ki... Bax, bu dəfə ağıllı bir təklif ver, gücüm daxilindədirsə, eləməyən kişi deyil, buyur buyruğunu...
- Söz?!
- Tamam, söz!!!
- Onda ana-bala bizə sabaha qədər vaxt ver, beynimizi işə salaq...
- Təki, siz südlü inək olun, nehrə çalxalamaq mənlikdir.
Səhər yeməyi üçün mətbəxə toplaşmışdılar. Çöhrələrindən bəlliydi, qızıyla anası gecəni özlərinə aman verməmişdilər, düşünməkdən heyləri qalmamışdı. Buna baxmayaraq onların gözlərinin parıltısı şahə qalxmışdı, sanki, bir qucaq pula od vurmuşdun. Bunu göydə tutan Bəhrəm sükutu pozdu:
- Deyəsən, xəzinənin yolunu bəlirləmisiniz? Deyin, biz də bilək də?
- Düzdü, ana-bala özümüzə əl qatıb, yaxşı bir ideya fikirləşmişik, sağ olsun, oğlun da köməyini əsirgəmədi. Fikrimizi o cilaladı.
- Dəftər-qələm götürüm, yoxsa, yaddaqalandır?!
- Ağıllı fikirdi, pis olmaz. Bəzi məqamları qeyd eləsən, yerinə düşər...
- Narahat olmayın, siz söyləyin, mən çalışıb yadda saxlayaram.
- Bəri başdan deyək ki, bizim ideyamızı həyata keçirmək üçün sənə ilk növbədə dostunun emalatxanası lazım gələcək. Sən də onu bizim düzüb-qoşduğumuz layihəyə şərik elə, qoy o da, bu dəfə sənin hesabına bir parça çörək sahibi olsun, borclu qalma, - deyə anası sözü qızına ötürdü.
- Atacan, sizə dostunuzla birgə yeddi dənə həcmcə bir o qədər də böyük olmayan kişi heykəli düzəltmək lazım gələcək. Çalışmaq lazım olacaq ki, həmin heykəllər formaca bir qədər məzəli alınsın. Yəni, bədənin müxtəlif hissələri bir-birindən kəskin fərqlənsin, lap eybəcər də ola bilər. Əl işlərinizə bir qədər yumor qatmalısınız. Sonra iti mişarla həmin heykəlləri ehtiyatla beş hissəyə böləcəksiniz; baş, boyun, sinəylə qarın, qurşaqdan dizlərə qədər olan hissə və dizlərəcən ayaqlar. Boyun və qurşaqdan dizlərə qədər olan hissələri aid olduğu bədənə görə ardıcıl qaydada nömrələyərək bağlı kisələrə yığacaqsınız. Bu, tapşırığı mürəkkəbləşdirmək üçün lazımdır. Yerdə qalan baş, sinəylə qarın və dizlərəcən ayaqların hər birini də bədənlərinə uyğun qaydada 1-dən 7-yə qədər nömrələyəcəksiniz. Təbii ki, bu nömrələr ancaq sizə bəlli olacaq. Yalnız bədənlərdən lap əndrəbadi olanına məxsus hissələrin - həm torbadakıların, həm də digərlərinin nömrələrini əvvəlcədən bağlı bir zərfə yerləşdirəcəksiniz. Sizə əsas lazım olan budur.
- Bu ki, əməlli-başlı tamaşadır, bircə aktyorları çatmır...
- Ata, hövsələn olsun, dediklərim hələ jurnaldır. İşin çoxsu qabaqdadır.
- Qızım, de gəlsin, diqqətlə dinləyirəm, görüm, mənim başıma nə corab hörürsünüz?!
- Deməli, bu layihəni reallaşdırmaq üçün sizə nüfuzlu lotereya şirkətlərindən biri ilə işgüzar əlaqə qurmaq da lazım gələcək. Həmin şirkət külli miqdarda lotereya bileti satışa çıxarmalıdır. Reklam işi də peşəkar səviyyədə olmalıdır. Bu, lotereya şirkətləri üçün elə də çətin deyil, onların kütləvi informasiya vasitələri ilə ənənəvi sıx əlaqələri var. Bütün lotereya biletlərindən cəmi yeddisi uduşlu olacaq, özü də babat məbləğdə. Lotereya şirkətinə çatacaq gəlirdən başqa yerdə qalan pulun yarısı dostunla sənin olacaq, yarısı da həmin o uduşlu lotereya biletlərinin sahiblərinin. Uduşlu yeddi biletin yiyələri final mərhələsinə vəsiqə qazanacaqlar. İnandırıcı olsun deyə final mütləq birbaşa televiziya vasitəsilə canlı yayımlanmalıdır, bu, lotereya şirkətinin işidir. Lotoreya biletlərinin satışı bundan çox asılıdır. İnsanların əksəriyyəti böyük məbləğdə uduşla yanaşı televiziyada görünmək naminə də daha çox lotereya bileti almağa yönələcəklər.
- Bəs, qalibləri necə müəyyənləşdirəcəyik, burasını da fikirləşmisiniz?
- Əlbəttə, hər şey xırdalıqlarına qədər ölçülüb-biçilib... Finalçılar qarışdırılaraq səhnədə onlara nümayiş etdirilən, hər biri əvvəlcədən gizlin qaydada 1-dən 7-yə qədər nömrələnmiş baş, bədənin sinəylə qarın nahiyəsi, həmçinin, dizəcən ayaqlar arasında seçim etməlidirlər. Yəni qalibin bədənlə bağlı seçdiyi bu hissələrin nömrələri bağlı zərfdəkilərlə tam üst-üstə düşməlidir. Finalçılardan bunu tapan olsa, mükafat fondunun yarısı onun olacaq. Yox, əgər, kimsə bu tapşırığın öhdəsindən gəlməsə, belə olan halda uduş fondu yeddi nəfər arasında tən bölünməlidir. Nəticədən asılı olmayaraq sonda düzgün cavab hamıya əyani nümayiş etdirilməlidir. Əvvəlcədən təsdiqlənən qaydada bədənin bütün hissələri birləşdirilərək tamaşaçılara təqdim olunmalıdır... Bu qədər, biz sözümüzü tutduq... İndi növbə sənindir...
- Deyəsən, ağlıma batdı... İcazə verin, qoy dostumla da məsləhətləşim, axşama nəticəni sizə çatdıraram.
Ana və övladları qalib görkəmi alsalar da, evin böyüyünə uğurlar diləməyi unutmadılar. Öz aramızdır, ideyaya söz ola bilməzdi. Bazar iqtisadiyyatı meyarları baxımından da bu mükəmməl idi.
Bəhrəmlə dostuna həmin yeddi heykəli araya-ərsəyə gətirməyə düz bir ay vaxt lazım gəldi. Gecə-gündüz baş sındırdıqlarından, insafən, onların əl işləri maraqlı alınmışdı. Lotereya şirkəti ilə danışıqlar və layihənin reallaşması üçün hazırlıq tədbirləri də təqribən bir aya qədər çəkdi. Lotereya satışı da şıdırğı gedirdi, lap məəttəl qalmışdılar. Tələb gündən-günə artdığından, satışa xeyli əlavə bilet də çıxarmalı oldular.
Nəhayət, hamının gözlədiyi gün də gəlib yetişdi. İlkin mərhələnin qalibləri səhnədə yerlərini tutdular. Onlardan biri görkəmcə o qədər laübəli idi ki, kimsə özünü gülməkdən saxlaya bilmirdi, o cümlədən, həmin mənzərəni televizordan izləyənlər də. Bu, qarmaqarış hərəkətləri ilə diqqətiçəkən orta yaşlı kişinin bədəni lap armuda oxşayırdı. Bəstəboy, başı uzunşüllüt, bədəni aşağı ətraflara doğru tədricən enlənən şəkildəydi. Ən qəribəsi və məzəlisi isə o idi ki, bu şəxsin bədəni ilə tam təzad təşkil edən ayaqları təxminən 45-46 ölçüdə olardı. İlk baxışdan bəlliydi, həmən kəs baməzəliyindən qalan da deyildi.
Yarış da xoş məcrada keçdi. Gözlənilmədən bəxt bayaqdan hamının dodaqlarını qaçırdan kəsin üzünə güldü. Görkəmcə armuda bənzər kişinin sevinci yerə-göyə sığmırdı. Əslində, təşkilatçılar bu hədsiz dərəcədə mürəkkəb tapşırığın öhdəsindən kimsənin gəlməyəcəyini təxmin eləmişdilər. Di gəl, nəticə fərqli oldu. Ürəkləri gup-gup döyünən təşkilatçılar və tamaşaçılar hamılıqla qalibin ürək sözlərinə qulaq kəsilmişdi.
- Düzünü deyirəm, ömrümdə indiyə qədər bir dəfə də olsun lotereya bileti almamışam. Lotereya biletlərini əldə etmək üçün bir kapal adamın növbəyə düzüldüyü köşkün yanından ötəndə qəflətən içimdən səs gəldi. Dəfələrlə sınamışam, ürəyimə daman olur. Mən də belə fürsəti heç vaxt ötürmürəm. Bir bilet aldım, şükürlər olsun, o da mənə növbəti şans verdi. Lotereya biletini alanda olduğu kimi indi də sadəcə, ürəyimə damana əməl elədim. Düzü, dərindən düşünməkdə elə bir qabiliyyət yiyəsi deyiləm, bunu boynuma alıram. Tanrıdan çox razıyam. Səhnədəki heykəllərə yaxınlaşanda mənə daxilimdən ün gəldi ki, bəs, nəzərdə tutulan heykəl görkəmcə sənə tam bənzəyənidir. Mən də bir özümə nəzər yetirdim, bir də qarşımdakı heykəllərin hissələrinə. Sadəcə, müqayisə edib, mənə bab olanlarını seçdim. Min şükür ki, bu dəfə də zənnimdə yanılmadım. Bir qucaq sərvətə yetdiyimdən sevincimin həddi-hüdudu yoxdur. Bu layihədə əməyi olan hər bir kəsə minnətdaram. Halal eləyin...
Alqış sədaları xeyli müddət səngimədi. Bu fürsətdən yararlanan təşkilatçılar torbadakı hissələri də əlavə etməklə qalibin düzgün müəyyənləşdirdiyi heykəlin bütün parçalarını bir-birinə pərçim eləyəndən sonra isə gülüş tavana dirəndi. Təsadüfə bir bax, sanki, səhnədə əkiz qardaşlar yan-yana durmuşdular. Heykəllə qalibi fərqləndirmək müşkül məsələydi. Elə bil, əcaib ayaqlar üzərində qərar tutan iri bir armudu tən ortadan bölmüşdün. Burda deyiblər; yanlış da bir naxışdır. Həmin təlatümlü dəqiqələrdə Bəhrəm isə bambaşqa haydaydı. O, hələ neçə-neçə nəslinə bəs edəcək qədər ona var-dövlət bəxş edən xanımını, eləcə də, bu işdə ona yardımını əsirgəməyən övladlarını bağrına basmaqdan ötəri Tanrıdan özünə bir qədər də səbr diləyirdi. Özünü var gücüylə qışqırmaqdan da birtəhər saxlayırdı; “Ay kişilər, atalar düzgün buyurublar, aradabir arvadın da sözünə baxmağa dəyər, aradabir ha!!!”.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər