00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Mənəvi hayqırtı - Azad Müzəffərli yazır
Tarix: 16-10-2022 16:18 | Bölmə: Azad MÜZƏFFƏRLİ

Azad Müzəffərli
(Yunis Orucovun “Boraltan – azadlığın tələsi” tarixi romanı haqqında düşüncələr)
Ədəbiyyat ucsuz-bucaqsız dəryaya, okeana bənzəyir. Tanrı bəndələrinin xeylisi ağlı kəsəndən bu nəhəngliyin ovsununa düçar olur. Yunis Orucov da əlifbadan agah olandan ədəbiyyat sevdalısıdır. Ədəbiyyat səltənətinə səyahətdən doydum demək bilməyib. İstər Azərbaycan, istərsə də dünya bədii irsinə dərindən bələd olan soydaşlarımızdandır. Günlərin birində ədəbiyyat isimli dəryanın sahilində növbəti dəfə var-gəl edərkən daxili dünyasında çoxdan qövr eləyən istəyi ona nə təhər güc gəlibsə, bir də özünü bu okeanın gur dalğalarının qoynunda görüb. Beləcə, “Nargin – tükənməz kədər” adlı ilk tarixi romanını araya-ərsəyə gətirib. Onun tarixi roman yazmaq istəyi də təsadüfi xarakter daşımır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. “Türk xalqlarının mədəniyyəti XI-XV əsrlərdə” mövzusunda magistr disertasiyası da onun türklərin tarixinə, soy-kökünə tükənməz marağına, ən başlıcası, milli kimliyinə nə qədər həssaslıqla, doğmalıqla yanaşmasına dəlalət edir.
Yunis Orucovun “Boraltan – azadlığın tələsi” yeni romanı ilk növbədə məhz məqamında qələmə alınması, zamanla dolğun ayaqlaşması ilə diqqəti çəkir. Müəllif əsərinin girişində oxucuları böyük mətləblərə kökləməyə çalışır. Onun ön sözdəki nənəsi ilə bağlı acı xatirələri də təsadüfi xarakter daşımır, romanın ruhuna işarədir. Bu baxımdan əsərin “Atanı tap, Baycan” adlı ilk bölümü sanki çalxanan nehrəyə və ya amansız qasırğa öncəsi təbiətin təlatümünə bənzəyir. Zəhmli buludların meydan suladığı qaramat səmanı andırır. Bu hissədə publisistika ilə bədiiliyin əlbəyaxa olması da diqqəti çəkir. Müəllifin bədii təhkiyəsini cilalamaq, ədəbiyyat dünyasında yenicə açdığı rizdə daha inamla irəliləmək cəhdləri özünü qabarıq büruzə verir. O, roman boyunca oxucunu qayəyə kompleksdə yanaşmağa, geosiyasi konteksdə nəzər yetirməyə yönəldir. Özü də əsərdə qələmə alınanlar bu günlə birə-bir uzlaşır. Bədii gedişlər vasitəsilə müxtəli zamanlar arasında müqayisəli paralellər aparılır, hazırkı reallıqlara işıq salmağa özünəməxsus cəhdlər edilir. Roman Türkiyəni əhatələyən əksər dövlətlərin gizlin dərin məqsədlərinə hərtəfli güzgü tutur. Əsərdə rus imperiyasının bütün türklərə qənim kəsildiyi qabarıq ifadə olunur.

Romanın dili “Hava yaman soyuqdur” başlıqlı 2-ci bölümdən axara düşür, rəvanlaşır, məğz də dərinləşir. Bu bölümdə Mustafa Kamal Atatürkün romana daxil olması ilə əsərdə sanki dan yeri sökülür, süjet xətti nura boyanır. Məhz romanın bu bölümündən müəllifin yazıçı kimi püxtələşməsi aydın sezilir. Artıq obrazlı düşüncə yerini qədərincə alıb. Psixologizmin dərin qatlarına baş vurma cəhdləri də göz önündədir. Obrazların emosional durumu oxucuya dolğun çatdırılır, onların tipikliyi və səciyyəviliyinə də kifayət qədər nail olunub. Bədii texnika da tədricən yerini tutur. Oxucu əsər boyunca zəngin təəssüratlara köklənir. Bədii fəndlər də xeyli şaxələnib. Ruhsal qat da oxucunu özünə çəkir. Dilin canlı olması üçün müəllifin tər tökdüyü, yazı texnikasını mütəmadi təkmilləşdirmək əzmi də özünü qabarıq büruzə verir. Əsər boyunca müəllif bacardıqca obrazların daxili dünyasına daha dərindən nüfuz etməyə çalışır. Təhkiyə, dil və təsvirin vəhdəti naminə şüurlu iş göz qabağındadır. Təbii ki, qələmini ədəbiyyatda yenicə sınamağa başlayan kəslərdə bu heç də həmişə rəvan alınmır. Ən əsası, ümumilikdə bu baxımdan şüurlu yanaşma, nəzəriyyəyə daha dərindən yiyələnmə istiqamətində ardıcıl səylər və nəbzi tutma istedadı həlledicidir. Məğzin dərinliyinin oxucuya qədərincə çatdırılması üçün müəllifin müdrikliyi və şəxsi qənaətlərinin sual doğurmaması da vacib şərtlərdəndir. Bu baxımdan Yunis Orucovun romandakı bir çox taleyüklü qənaətləri ən azı təqdirəlayiqdir. Əsər boyunca vizuallıq da aydın sezilir. Bu da təbiidir. Ağlı kəsəndən, əli qələm tutandan publisistikanın, telejurnalistikanın sirlərini dolğun əxz edən müəllifin əsərində vizullığa nail olunması sual doğurmur. Təhkiyənin oynaqlığının təkmilləşdirilməsi istiqamətində cəhdlərin də səngimədiyi diqqəti çəkir. Bunun əsərdəki emosional qatla peşəkarcasına uzlaşdırılması da vacib məqamlardandır. Azər, Araz, Baycan və digər obrazlar mahiyyətcə tipik və rəmzi anlam kəsb edir. Tarixi romanın uğurlu alınmasında müəllifin dövlət başçısının fəaliyyətini uzun müddət gündəlik olaraq işıqlandıran peşəkar jurnalist kimi müdrik yanaşması da vacib rol oynayıb.
Əsərdə türklərin dünəninə geosiyasi miqyasda əhatəli baxış başlıca yer tutur. Bir çox publisistik mətləblər bədii dillə oxuculara yetirilir. Bu baxımdan roman indi dünyada baş verənlərdən, o cümlədən, Rusiyanın Ukraynaya qarşı nanəcimliyindən qədərincə baş açmağa da ip ucu verir. Ukrayna hadisələri rusların əsl mahiyyətini dolğunluğu ilə ortaya qoyur. Qolodomorun – cəmiyyəti azad düşüncəli insanlardan təmizləmə, milli elita və onun sosial bazasının məhv edilməsinin bu gün də eynilə, sadəcə başqa libasda təkrarlandığını təsdiqləyir. Əsərdə dünyanın say-seçmə millətlərini yamsılayaraq özlərini matah kimi qələmə verməyə çalışan rusların mayasının əslində fitnə-fəsaddan yoğrulduğu dolğun əksini tapıb. Roman biz türklərin bu qarı düşmənlə nə qədər ehtiyatlı davranmalı olduğumuza bir daha şübhə yeri qoymur. Təbii ki, öz soy-kökündən olanlara qarşı olmazın amansızlıqlar edən qondarma toplumdan hər cür naxələflik gözləmək mümkündür.
Bütün türk dünyasının fəxri, dahisi Mustafa Kamal Atatürkün israrla təkrarladığı Sovet İttifaqı ilə dostluğu geosiyasi maraqlar naminə nəyin bahasına olursa-olsun davam etdirməyin vacibliyi, tezliklə İkinci Dünya savaşının başlayacağı, başda Almaniya və İtaliya olmaqla Avropadakı avantüristlərin dünyanı qana boyayacağı, ingilislərlə amerikalıların bolşeviklərlə işbirliyinin timsalında burjuaziyanın tabularının fəhlə-kəndli maraqlarını tapdalamaması eybəcərliyi, eləcə də, türklərin qatı düşməni Stalinin Qara dəniz hövzəsini türklərdən qəsdən təmizləməklə Türkiyə ilə əlaqəni tamamilə kəsmək cəhdləri, Qars və Ərdahanı Türkiyədən qoparıb xaricdəki erməniləri ora köçürmək, boğazlara dair Montrö razılaşmasına yenidən baxılması bəd niyyəti və sair incə faktlar tarixi romana dolğunluq gətirir. Müəllifin böyük mətləblərə dərindən bələdliyindən xəbər verir.

“Boraltan – azadlığın tələsi” romanı əslində müəllifin vətəndaş hayqırtısıdır, mənəvi ehtiyacdan qaynaqlanıb. Əsər turançılığa çağırış ruhunda yazılıb. Türk tarixinin qara səhifələrindən biri olan Boraltan faciəsinin – 1945-ci ildə Stalinin tələbi ilə Cümhuriyyət Xalq Partiyası hökumətinin Türkiyəyə doğmaca Vətəni kimi sığınan 146 soydaşımızı ruslara təhvil verməsi səhnəsi ən azı acı təəssüf doğurur. Heç cür sağlam məntiqə sığmayan bu cür ölçüyəgəlməz xəcalətin bir daha təkrarlanmaması üçün dünya türklərinnin mənəvi birliyinin zəruriliyi bu əsərin başlıca qayəsidir. Zənnimcə, bu məqamda məhz əsl vətəndaşlıq mövqeyi və millətinin layiqli ziyalısı kimi Yunis Orucovun halalcasına 2019-cu ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalına layiq görüldüyünü də yada salmaq yerinə düşər. Bütövlükdə, roman müəllifin ədəbiyyat səltənətinin layiqli sakini olmaq yolunda növbəti inamlı addımıdır. Əsər boyunca qələmin dilində kitabın redaktoru, əməkdar jurnalist Firuzə Nadirin nəfəsi də aydın duyulur. Təbii ki, halallıq naminə Yunis Orucovun hər iki kitabının nəşrində müəllifə dəstək olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu da xeyirxah məramına görə xüsusi təşəkkürü haqq edir. Yunis, qələmin iti olsun!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər