00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Makovelski zirvəsi - Firuz Mustafa yazır
Tarix: 01-06-2020 13:04 | Bölmə: Firuz MUSTAFA

Aleksandr Osipoviç Makovelski. Görkəmli rus və Azərbaycan alimi. Mənşəcə polyakdır.
2 iyul 1884-ci ildə Qrodno şəhərində anadan olmuşdur. 16 dekabr 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir. İxtisasca tarixçi-filosof idi.
1946-ci ildən SSRİ Elmlər Akademiyasının tarix və fəlsəfə bölməsinin müxbir üzvü (tarix-fəlsəfə üzrə) olmuşdur.
1949-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir.
Fundamental əsərləri antik fəlsəfə, məntiq və Yaxın Şərq xalqlarının fəlsəfə tarixinə həsr edilmişdir.
Desəm ki, Makovelski mənim adını eşitdiyim ilk filosoflardan biri olub, təəccüblənməyin. Bunun öz tarixi var. Məsələ burasındadır ki, qonşumuz, respublikada tanınmış pedaqoq Qasım Köçəri oğlunun yolu hərdən Bakıya düşürdü və oradan qayıtdıqdan sonra o, öz təəssüratlarını həvəslə həmkarlarına və şagirdlərinə danışırdı. Onun Makovelski adlı (mən o zamanlar, uzaq uşaqlıq illərində, bu sözü familiya yox, ad hesab edirdim) bir alim haqda söylədikləri isə dinləyicilər arasında xüsusi maraq kəsb edirdi. O vaxt mən orta məktəbin aşağı sinfində oxuyurdum. Qasım Köçəri oğlu bizim qohum və qonşu idi. Onun oğlu tanınmış filosof Firidun Köçərli o vaxtlar Fəsəfə İnstitutunun direktoru idi. Sən demə, Firidun müəllimdən əvvəl həmin instituta (sektora) məhz akademik Makovelski rəhbərlik edibmiş.
Qasım Köçəri oğlu Makovelski haqda, bu böyük alimin sadəliyini, böyüklüyünü təsdiq edən çox maraqlı əhvalat və epizodlar danışırdı. Xatırımdadır, bir gün Bakıya növbəti səfərindən kəndə qayıdan qocaman müəllimimizin əlində çox yaraşıqlı bir əsa gördük. Əsanın üzərindəki zərli işləmələr elə uzaqdan adamın diqqətini cəlb edirdi. Qasım müəllim həmin əsanı ona Makovelskinin hədiyyə etdiyini qürurla söyləyirdi. Bəli, elə deyilişi, səslənməsi belə özlüyündə maraq doğuran bu “Makovelski” adı (soyadı) mənə elə o vaxtlardan tanış idi. Sonralar mən bu böyük alimin elmi irsi ilə tanış oldum. Onun antik fəlsəfəyə aid tədqiqatları və orijinaldan tərcümələri bu gün də öz dəyərini saxlamaqdadır. Mən özüm vaxtilə “Avesta” ilə bağlı yazdığım silsilə məqalələrdə bir neçə dəfə onun əsərlərindən iqtibas gətirmişəm.
Aleksandr Osipoviçin ölümündən onillər keçir. Doğrusu, mən bu böyük alimin Bakıda indiyəcən hansısa vərəsəsinin qalması barədə məlumatsız idim. Bir dəfə görkəmli şair İlyas Tapdıq ilə (artıq vəfat edib, Allah rəhmət eləsin, qəbri nurla dolsun-F.M.) məşhur “əjdəha” heykəlinin yanında yerləşən və o heykəldən heç də az məşhur olmayan “alimlər evinin” qabağında gəzişərkən müsahibim, yaxınlıqdakı oturacaqda əyləşib nəzərlərini uzaqlara dikmiş nurani, ahıl bir qadını göstərib məndən soruşdu: “Bilirsən o qadın kimdir?”
Mən qadını tanımadığımı bildirdim.
Şair gülümsəyib dedi: “Bu xanım sənin məşhur həmkarın, böyük filosof Makovelskinin nəvəsi Olqa xanımdır. Mənim qonşumdur. Musiqiçidir. Çox mədəni xanımdır. İstəsən səni tanış edə bilərəm.”
Tanışlıqdan sonra mən Makovelski haqqında onun nəvəsinin xatirələrini qələmə almaq istədiyimi bildirdim. Olqa Alekseyevna Yujanina-Makovelskaya ilə vədələşib bir neçə gündən sonra onun mənzilində görüşdük.
Bu mənzildə hər şey qədimlikdən xəbər verir: mebellər də, kitab rəfi də, rəfdəki kitablar da… Burada vaxtilə böyük alim yaşayıb. Azərbaycan (və eləcə də dünya) fəlsəfi fikrinin görkəmli tədqiqatçısı bu mizin arxasında əyləşib, bu döşəmənin üstə gəzişib, bu kresloda əyləşib.
- Olya xanım, babanızı necə xatırlayırsınız?
O, xeyli fikrə gedib aram-aram öz yaddaşını təzələməyə çalışır.
- Babam çox vicdanlı, zəhmətkeş, sadə, təvazökar adam idi. Öz arvadını, yəni mənim nənəmi sonsuz bir məhəbbətlə sevirdi. Ümumiyyətlə, onlar bir-birinin vurğunu idilər. Gecə-gündüz işləyirdi. Özünü Azərbaycan alimi hesab edirdi. Əsl vətəndaş idi.
- O, daim, bütün yaradıcılığı boyu dövlətin, partiyanın himayəsində olub, mükafatlara, təltiflərə layiq görülüb…
- Bəli, onunla yaxın təmasda olan adamlara həmişə belə gəlib. Amma əsl mahiyyətdə belə deyil. Bəlkə də indi çoxlarına qəribə gələ bilər; babam heç kommunist partiyasının üzvü də deyildi. Ona dəfələrlə bu barədə demişdilər, partiyaya keçməsini təklif etmişdilər, amma o, həmişə bu təklifdən yayınmışdı. Cavanlıqda deyirdi ki, özümü hələ kommunist olmağa hazır bilmirəm, qocalanda isə artıq bunun gec olduğunu bildirirdi… Sizə bir məsələni bildirmək istəyirəm, Aleksandr Osipoviç gəncliyində Rusiyada Sovet hakimiyyətinin qurulmasını faciə hesab etmişdi. Bunun da öz səbəbi vardı. Makovelski hələ lap gənc yaşlarından bir fəlsəfə tədqiqatçısı kimi məşhur idi. Artıq 1914-cü ildə fundamental “Sokrataqədərkilər” əsərinin birinci cildi işıq üzü görmüşdü. Bu zaman alimin cəmi-cümlətanı otuz yaşı vardı. 1915-ci ildə ikinci cild çapdan çıxdı. Bu əsərin işiq üzü görməsi Rusiya və Avropa elmi ictimaiyyəti üçün böyük bir hadisə oldu. ”Sokrataqədərkilər” əsərinin hər iki cildi çapdan çıxdıqdan sonra mətbuatda çoxsaylı rəylər, resenziyalar dərc olundu. Elmi ictimaiyyət, alimlər, filosoflar qiymətli əsərin ərsəyə gəlməsini müsbət rəylərlə və böyük razılıqla qarşılamışdılar. 1918-ci ildə “Sokrataqədərki fəlsəfə” əsəri, yəni tarixi-təndiqi mənbələrin xülasəsi, kitab halında işıq üzü gördü, 1919-cu ildə isə “Sokratagədərkilər”in üçüncü cildi çap olundu. Təsəvvür edin ki, bütün bunlar vətandaş muharibəsinin qizğın dövründə Kazan şəhərində yazılmış və çap olunmuşdur. Dediyim odur ki, Aleksandr Osipoviç bütün həyatını elmə bağlamışdı və ona elə gəlirdi ki, Sovet hakimiyyəti bəşər mədəniyyətinin mövcud dəyərlərinin üstündən xətt çəkəcək. Onun belə düşünməsinin bir əsası da vardı; fəhlə-kəndli hökumətinin cəza dəstələri həmin illərdə bir çox görkəmli elm adamlarını məhv etmişdi. Babam depressiyaya qapılmışdı, özünü güllələmək istəyirmiş, onu bu fikirdən nənəm daşındırıb. Sonralar onlar bu barədə danışanda mən eşitmişəm.
Mən Olqa xanımın dediklərinə əlavə edirəm:
- Aleksandr Osipoviçi kommunistlər öldürmədi, o, sovet hakimiyyəti illərində geniş elmi fəaliyyətlə məşğul oldu. Nəinki, rus və Azərbaycan, hətta, bütün dünya fəlsəfi elmi bundan qazandı.
- 1920-ci ildə babam müxtəlif şəhərlərdəki universitetlərdən, o cümlədən Bakı universitetindən dəvət almışdı. O, azərbaycanlıları çox sevirdi, elə buna görə də tərəddüd etmədən Bakını seçdi. 1920-ci ildən ta 1960-cı ilə qədər Bakı universitetində müəllimlik etdi. Eyni vaxtda o, Politexnik və Pedaqoji institutlarda, Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda, Xalq Təhsili İnstitutunda muhazirələr oxumuşdur. Elmi-Tədqiqat Pedaqoqika İnstitutunda da işləmişdir. Universitetdə babam bir neçə predmetdən muharizələr oxumuşdur: fəlsəfə tarixi, sosial-siyasi nəzəriyyə tarixi, məntiq, psixologiya, məntiq tarixi, estetika, etika, pedagogika... Babam ensiklopedik adam idi. Hətta, ahıl yaşlarında belə oxumaqdan yorulmazdı. O, əsl filosof, mütəfəkkir və pedaqoq idi.
- Bilirəm, o, lap gənclik illərindən dərin elmi tədqiqat işləri ilə məşğul olmuşdur.
- Bəli, 1904-cu ildə üçüncü kurs tələbəsi olarkən Kazan universitetinin yüzillik yubileyində “Safoklun Antiqona faciəsində dramatik konfliktə yeni baxışların dəyərləndirilməsi” adlı əsərinə görə medalla mükafatlandırılmışdır. O vaxt onun vur-tut iyirmi yaşı vardı.
- Makovelskinin Azərbaycanda ictimai-fəlsəfi fikir tarixinin öyrənilməsində də əvəzsiz xidmətləri olmuşdur. Nizami və Vazeh haqda qiymətli tədqiqatların müəllifidir. O, bizim ölkədə yeni elmi sahənin əsasını qoymuşdur - bu, Azərbaycan fəlsəfəsinin tarixi adlanır.
- Bilirəm. Artıq sizə bayaq dediyim kimi, o, Azərbaycanı və azərbaycanlıları çox sevirdi. Elə bu məmləkətdə yaşayıb işləmək istəyi də bu sevgidən qaynaqlanmışdı.
- Onun bizdə çoxlu yetirmələri - ardıcılları və şagirdləri olub.
- Mən onların, Makovelskinin yetirmələrinin demək olar ki, hamısını görmüşəm. Heydər Hüseynov, Şükufə Mirzəyeva, Möhbalı Qasımov, Firidun Köçərli onun tələbələri olmuşdu. Heydər Hüseynovun ölümü babama çox təsir etmişdi, o, uzun müddət özünə gələ bilmədi. İndi mən sizə bir şəkil göstərəcəm, görün oradakı adamlardan kimisə tanıyırsınızmı.
Yeri gəlmişkən onu da deyim ki, Olqa xanım bu yaşda kompüteri öyrənib, internetdə öz övladları, indi Sankt-Peterburqda yaşayan oğlanları ilə yazışır. O, ayağa durub kompüteri işə salır, ekrandan mənə sanki tarix boylanır. O, söhbətini davam etdirir:
- Bu şəkil min doqquz yüz altmış dördüncü ildə çəkilib. Babamın səksən illiyinə onun dostları və tələbələri bizim mənzilə toplanıblar. Bax, babam burada, ortada əyləşib.
- İcazə verin buradakıların bir qismi barədə də mən danışım. Bax, burada, kresloda əyləşmiş Aleksandr Osipoviçın arxasında dayanan adamların bəzilərini mən şəxsən tanıyıram. Akademik Firidun Köçərli, akademiyanın müxbir üzvləri Məqsəd Səttarov və Ziyəddin Göyüşov. Vaxtilə, onlar məndən imtahan götürüblər, müəllimim olublar. İndi onların heç biri həyatda yoxdur. Allah hamısına rəhmət eləsin.
- Heyif, hamısı gözəl, istedadlı adamlar idi.
- Siz babanızın son günlərini necə xatırlayırsınız ?
- Ömrünün son illərində onun eşitmə və görmə qabiliyyəti zəifləmişdi. Amma yaddaşı, zehni çox iti idi. Biz onun dediklərini kağıza köçürürdük. Aleksandr Osipoviç özünü heç vaxt işsiz təsəvvür etmirdi. Daim axtarışda idi.
- Onun əlyazmalarını saxlayırsınızmı?
- Min doqquzyüz səksəninci illərin birinci yarısında babamın vaxtilə işlədiyi instituta Moskvadan çox görkəmli bir alim dəvət olundu. Zahid Orucov... Tanıyırsız yəqin...
- Bəli. Dialektik məntiq üzrə dünyada tanınmış mütəxəssisdir.
- O, mənə bir dəfə zəng vurub babamın nəşr olunmamış əsərlərinin taleyi ilə maraqlandı. Mən o vaxt indi haqqında danışdığım əlyazmaları aparıb instituta verdim. Sonrasından xəbərim olmadı.
- Mən bu məsələ ilə maraqlanaram.
(P.S. Maraqlandım. Öyrəndim ki, böyük alimin əsərləri yığılıb, nəşrə hazırdır, sadəcə çap üçün vəsait çatışmazlığına görə “yatıb qalmaqdadır”).
Hiss olunur ki, Olqa Alekseyevnanın mənzilinin təmirə ehtiyacı var. Mən bunu eyhamla bildirirəm:
- Sizin yaşadığınız bina təmir olunub, amma mənziliniz...
- Bilirəm siz nə demək istəyirsiniz. Mən ömrümdə kiməsə ağız açmamışam, innən belə də bu barədə kiməsə müraciət edən deyiləm. Babamın adı, xatirəsi Azərbaycanda daim əziz tutulub. O, indi Fəxri xiyabanda uyuyur. Amma ürəyimdən bir istək keçir. İstərdim ki, əlaqədar təşkilatlar bir məsələdə, yəni mənim bir istəyimin reallaşmasına kömək etsinlər. Bizim binanın fasadında görkəmli alimlərin çoxunun xatirə lövhələri vurulub. Məncə babam da belə nadir simalardan biri olub. İstərdim ki, onun da adı əbədiləşdirilsin. Axı Azərbaycan elminin inkişafında onun rolu çox olub.
Mən Olqa Alekseyevna ilə xudahafizləşirəm.
Bu yazını işləyərkən Makovelski ilə, habelə, onun şəxsi həyatı ilə bağlı bir sıra materiallarla, sənədlərlə tanış oldum. Öyrəndim ki, böyük alim 1908-ci ildə gələcək arvadı Vanda Zalevskaya ilə tanış olaraq evlənib, 60 il birgə həyat sürüblər. 1909-cu ildə onların Sofya adlı qızları dünyaya gəlib. Mənim müsahibim Olqa Alekseyevna Sofyanın qızıdır. Olqa xanımın bir məqaləsində nənəsindən misal gətirdiyi bir şeir diqqətimi çəkdi.
Жизнь – не увлеченье, жизнь – одно стремленье,
Торная дорога в солнечную даль.
Для того, кто ловит каждое мгновенье,
У кого есть воля, твердая, как сталь.
Yeri gəlmişkən xatırlatmaq istərdim ki, Olqa Alekseyevna Yujanina-Makovelskaya Azərbaycandakı polyak icmasının sədridir. Tanınmış skripka ifaçısıdır. Çoxlu şagirdləri var. Öz peşəsinə ürəkdən bağlıdır.
Gələn il böyük alimin, dahi filosofun anadan olmasının 130, vəfatının 45 illiyidir. Heç şübhəsiz ki, dünya fəlsəfə elminin böyük simalarından, titanlarından, zirvələrindən biri də Aleksandr Osipoviç Makovelski olub.
Güman edirəm ki, Olqa xanımın arzusu tezliklə çin olacaq.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər