Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Tarix: 13-02-2026 11:18 | Bölmə: Slayd

Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib

Azərbaycan nümayəndə heyəti "Sülh körpüsü" dəyirmi masasında iştirak etmək üçün Ermənistana gedib.

Reyting.az xəbər verir ki, bu barə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilir ki, 13-14 fevral tarixlərində Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək. “Sülh körpüsü” təşəbbüsünün əsas iştirakçılarından əlavə, dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupları da iştirak edəcək.

“Armenpress”-in məlumatına görə, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları yerinə yetirdikdən sonra quru sərhədinin delimitasiya edilmiş və demarkasiya olunmuş hissələri vasitəsilə Ermənistana gəlib. Bu, iki ölkə arasında etimadın gücləndirilməsi istiqamətində mühüm praktik addımdır.

Müzakirələr zamanı Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci ildə Vaşinqton Zirvə görüşündə təsdiq edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər.

Onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə aşağıdakı şəxslər daxildir:

Fərhad Məmmədov - Cənubi Qafqaz Tədqiqat Mərkəzinin rəhbəri

Rusif Hüseynov - Topçubaşov Mərkəzinin direktoru

Kəmalə Məmmədova - 1news.az onlayn nəşrinin baş redaktoru

Ramil İskəndərli - Milli QHT Forumunun İdarə Heyətinin sədri

Fuad Abdullayev - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi

Könül Bədəlova - İqtisadi İslahatlar və Kommunikasiyalar üzrə Analitik Mərkəzinin elmi işçisi

Zaur Şiriyev - Karnegi Rusiya və Avrasiya Mərkəzinin eksperti

Murad Muradov - Topçubaşov Mərkəzinin direktor müavini

Aytən Qəhrəman - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi

Rauf Ağamirzəyev - Nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü

Gülbəniz Qənbərova - "Kənd İcma Mərkəzi Qadınlar Assosiasiyası"-nın direktoru

Nəzrin Əliyeva - "İnsan Hüquqları" QHT-nin nümayəndəsi

Eldar Həmzəli - tədqiqatçı, müstəqil ekspert

Sənan Rzayev - redaktor və aparıcı siyasi ekspert

Gülşən Axundova - "Qadınlar, İnkişaf, Gələcək" QHT-nin prezidenti

Emin Əliyev - “Trend” beynəlxalq xəbər agentliyinin baş redaktoru

Orxan Babayev - Cənubi Qafqaz Tədqiqat Mərkəzinin əməkdaşı

İlyas Hüseynov - Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri

Fuad Ağamalıyev - TsBK telekanalının mühəndislik və texniki şöbəsinin müdiri.

E. KAMAL





Bölməyə aid digər xəbərlər