Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Tarix: 13-02-2026 07:59 | Bölmə: Xəbərlər

Dövlət Departamenti Rubionun cavabını redaktə edib

ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rubionun Avropa turnesi çərçivəsində Rusiyaya mümkün səfərlə bağlı suala verdiyi cavabı dəyişərək, jurnalistlərə açıqlamaları redaktə edib.

Reyting.az xəbər verir ki, bu barəədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, dəyişiklik, Rubionun media nümayəndələri ilə söhbətinin stenoqramında da əksini tapıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəhbəri təyyarəyə minməzdən əvvəl Rusiyaya səfər etməyi planlaşdırmadığını deyib. Dəyişiklik isə qeyri-müəyyənlik yaradıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər