Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
Tarix: 13-02-2026 08:07 | Bölmə: Siyasət

Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər

Bu gün Münxendə 62-ci Münhen Təhlükəsizlik Konfransı başlayır.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə forumun rəsmi saytındakı elanda və təşkilatçıların illik hesabatında deyilir.

Qeyd olunur ki, bu dəfə diqqət Ukraynaya dəstəkdən Avropadaxili və transatlantik məsələlərə yönəldiləcək.

Forumun təşkilatçıları müzakirələri ABŞ-nın dəyişən rolu və Vaşinqtonun Avropa ilə münasibətlərinə yönəldirlər. Konfransın sədri Volfqanq İşinqer hesabata giriş sözündə Amerikanın yeni siyasətinin qlobal sistemə təsirini vurğulayıb.

Bəzi mənbələr isə bildirirlər ki, konfrans iştirakçıları prezident Donald Trampdan ehtiyat edirlər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər