Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 13-02-2026 10:07 | Bölmə: Siyasət

Ötən gün sabiq deputat Gültəkin Hacıbəylinin Azərbaycana deport olunmasının ardınca bir açıqlama da yayıldı: onu Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıb və “sərbəst şəkildə” evinə yola salınıb.
Reyting.az Bakupost.az-a istinadla xəbər verir ki, Gültəkin Hacıbəylinin Azərbaycanın sorğusu əsasında Türkiyədən deport olunduğu ehtimalı çox yüksəkdir. Çünki hələ bir müddət öncə Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsi planında “Dövlət Şurası” yaratdığı və orada 50 nəfərin adının keçdiyi haqda məlumat vardı. O 50 nəfərdən isə iki nəfərin adı açıqlanmışdı – AXCP sədri Əli Kərimli və Milli Şura üzvü Gültəkin Hacıbəyli.
Gültəkin Hacıbəylinin Azərbaycana deport olunan kimi istintaqa cəlb ediləcəyi ehtimal edilirdi. Buna baxmayaraq, ona heç bir sorğu-sual olmayıb və artıq bir sutkadır ki, sabiq deputat öz evindədir.
Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda isə bir çox adlar üzə çıxdı. Hakimiyyətin zorla ələ keçirilməsi üçün fəaliyyət göstərənlər içərisində Ramiz Mehdiyevlə birgə Əli Kərimli, Məmməd İbrahim, baş nazirin sabiq müavini Abbas Abbasov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və Eldar Əmirovun (R.Mehdiyevin köməkçisi) adı keçir. Amma Gültəkin Hacıbəyli ilə bağlı hər hansı ittiham və barəsində hansısa qətimkan tədbirinin seçilməsi məsələsi yoxdur.
Qeyd edək ki, istintaqa şahid qismində MŞ sədri Cəmil Həsənli də cəlb edilib və onun barəsində yalnız ölkədən çıxma qadağası qoyulub.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər