Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 29-01-2016 18:48 | Bölmə: Şou-biznes

Şou-biznes nümayəndələri tez-tez gələcək planları ilə bağlı
açıqlamalar verirlər. Amma onların əksəriyyəti planlarını gerçəkləşdirmir. İl ərzində
klip, konsert və ya hansısa böyük layihəyə imza atacaqlarını bildirsələr də, sonradan vədlərini unudurlar.
Reyting.az axşam.az-a istinadən həmin sənətçilərin adlarını təqdim edir:
Müğənni Rəqsanə İsmayılovanın solo
konsert verəcəyi ilə bağlı açıqlaması mediada səs-küy doğurmuşdu.
İfaçı konsertdə xalq artisti Zeynəb Xanlarova ilə səhnəyə çıxacağını
bildirmişdi. Qarşı tərəf isə bunun gerçək olmadığını açıqlamışdı.
R.İsmayılova daha sonra konsertdə tək çıxış edəcəyini söyləmişdi. Həmin
açıqlamadan 1 il ötsə də, Rəqsanənin konserti baş tutmayıb.
Sənətçinin digər
reallaşmayan layihəsi isə ATV-də yayımlanan "Göz önündə” verilişidir. 2015-ci
ilin yazında verilişin cəmi 4 buraxılışı yayımlandı. R.İsmayılova proqramın bağlanması
haqda bunları demişdi: "Yay istirahətinə yollanırıq. Bütün yayı çəkilişlərimiz
davam edəcək. Payızda yeni buraxılışlarımızla geri qayıdacağıq”.
Buna baxmayaraq, hələ də proqram efirə getmir. Sənətçi
eyni zamanda daha bir veriliş hazırladığını açıqlamışdı. O hətta ilk qonağının
səhnədən uzaqlaşan müğənni Samir Bağırov olduğunu bildirmişdi.
Vədləri gerçəkləşməyən digər ifaçı isə əməkdar
artist Röya Ayxandır. Müğənni aparıcılıq edəcəyini bildirmişdi. "Röya şou” ATV-də
yayımlanacaqdı. Verilişin anonsunun təqdim olunmasından bir ildən çox zaman
keçsə də, hələ efirə getməyib.
Müğənni Kərim Abbasov sevənlərinə duet vədləri vermişdi. O,
xalq artisti Aygün Kazımova və əməkdar artist Mətanət İsgəndərli ilə mahnı səsləndirəcəyini
demişdi.
Xalq artisti Aygün Kazımova Gürcüstanda klip çəkdirirdi. "Bakı-2015”
Avropa Oyunları zamanı məşəl daşıyanlardan biri olan müğənni klipinin çəkilişlərini
yarımçıq qoyub Bakıya qayıtmışdı. A.Kazımova Avropa Oyunlarından sonra
Gürcüstana qayıdıb klipi davam etdirəcəyini bildirmişdi. Hadisənin üstündən
uzun müddət keçməsinə baxmayaraq, klip təqdim olunmayıb.
Müğənni Günay İbrahimli Heydər Əliyev Sarayında solo konsert
verəcəyinidemişdi. Konsert ötən ilin payızında gerçəkləşməli idi. Günay
bu layihəsi üçün saçlarını qısa kəsdirəcəkdi. O, hətta Türkiyədə özü üçün
geyimlər də hazırlatdırırdı.
Müğənni Xatirə İslam həmkarı Rüfət
Axundovla duet şəklində oxuduqları "Küsmə” mahnısına Dubayda klip çəkdirəcəyini
demişdi. Açıqlamanın üstündən 2 il keçsə də, ifaçılar hələ klip çəkdirməyib.
"O səs Türkiyə” layihəsində qalib olan Elnur Hüseynov da yenilikləri ilə bağlı xəbər
vermişdi. O, Türkiyədə və Azərbaycanda albom çıxaracağını demişdi. Disklərdən
birində yalnız ifaçının türk dilində olan mahnıları yer alacaqdı. Digər albom
isəcazmen və pianoçu İsfar Sarabski ilə birgə layihələri olacaqdı.
Müğənni Elton Hüseynəliyev də yeni mahnılar haqqında açıqlama
vermişdi. Bir müddət əvvəl isə sənətçi depressiyada olduğunu, yaradıcılığına
ona görə ara verdiyini bildirmişdi.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər