Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 21-01-2026 16:30 | Bölmə: Şou-biznes

Xalq artisti Niyaməddin Musayevin qızı Röya ilə müğənni Təranə Qumralın qızı Qumral arasında müəllif hüquqları zəminində gərginlik yaşanıb.
Məsələ “Tarixin bir günü” verilişində müzakirə olunub.
Qumral iddia edib ki, ifa etdiyi “Dünya sənin, dünya mənim” mahnısı Röya tərəfindən yutub platformasından sildirilib.
Qumral bildirib ki, bu addım onu təəccübləndirib və Röyadan məsələyə dair cavab ala bilməyib. Onun sözlərinə görə, mahnını ifa edərkən hər hansı pis niyyəti olmayıb və bu məsələdə haqsızlığa məruz qaldığını düşünür:
“Mənə dedilər ki, Röya xanım sildirib, biz onunla yaxın olmuşuq, çörək kəsmişik. Ona yazdım, məni bloka atdı. Mənə də maraqlıdır ki, niyə mən? Mən də əziyyət çəkirəm”.
Məsələyə münasibət bildirən Röya isə Qumralın ona müraciət etmədiyini deyib və yaranan vəziyyətin qalmaqal kimi təqdim olunmasına etiraz edib. O bildirib ki, atasının mahnıları ilə bağlı müəllif hüquqları ona məxsusdur və icazəsiz, üstəlik mətndə səhvlə ifa olunan mahnının yayımda qalmasına razılıq verə bilməz:
“O mənə heç nə yazmayıb. Xahiş edirəm, bu cür qalmaqallara sövq etməsinlər. Bunu özümə də, atama da sığışdırmıram. Atama dedim ki, əgər bu söhbət açılsa, efiri tərk et. Atamla dünən bu barədə iki saat danışmışıq. Qumralın çıxışına baxdım, atama dedim ki, icazə verməyəcəyəm. Mahnıda “cütlənmiş” əvəzinə “cütləşmiş” dediyi üçün bunu etmişəm. O xanım mahnıya görə ümumiyyətlə icazə almayıb. Müəllif hüquqları qorunur. İcazə alınmalıdır”.
Xalq artisti Niyaməddin Musayev də mövzuya münasibət bildirərək qeyd edib ki, mahnıdakı səhv düzəldilərsə, ifaya icazə verilə bilər. O, əsərlərinin müəllif hüquqlarının qızı tərəfindən qorunduğunu təsdiqləyib.
Qeyd edək ki, N. Musayev Təranə Qumralın həyat yoldaşı Musa Musayevin əmisidir. Uzun illərdir ailə münasibətləri gərgin olduğu üçün tərəflər küsülüdürlər/qafqazinfo
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər