Puqaçovanı Xalq artisti adından məhrum etmək istəyirlər
Tarix: 10-12-2025 09:06 | Bölmə: Şou-biznes

Puqaçovanı Xalq artisti adından məhrum etmək istəyirlər

Hazırda xaricdə yaşayan məşhur müğənni Alla Puqaçovanın SSRİ Xalq artisti fəxri adından məhrum edilməsi tələbi ilə Rusiyada ikinci məhkəmə iddiası qaldırılıb.

Reyting.az xəbər verir ki, bu barədə Rusiya Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin yerli mediaya müsahibəsində danışıb.

Borodinin sözlərinə görə, mübahisəli müsahibəsindən sonra müğənniyə qarşı cinayət işi açılmalı idi və onun ifadələrində Rusiya Cinayət Məcəlləsinin “bir sıra maddələrinə tuş gələn” əməllər var.

Borodin iddia edir ki, Puqaçova, guya, bu cür ictimai açıqlamalarına görə kənardan pul alır və Rusiya cəmiyyətinə “zərər verir”.

Borodinin şikayətləri arasında Rusiya estradasında “qeyri-ənənəvi cinsi oriyentasiyaya malik şəxslərin təbliği” ilə bağlı uzun müddətdir davam edən ittihamların da olduğu bildirilir.

Müğənninin “layiqli adam” adlandırdığı Coxar Dudayev (İçkeriyanın keçmiş rəhbəri-red.) haqqında dediyi fikirləri isə tənqidçiləri xüsusilə qıcıqlandırıb. Bu və digər səbəblərdən pop-diva Moskvanın siyasətinə qarşı çıxmaqda ittiham olunur.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər