Rusiya 24 saat ərzində iki təyyarəsini itirib
Tarix: 29-01-2026 11:37 | Bölmə: Xəbərlər

Rusiya 24 saat ərzində iki təyyarəsini itirib

Son 24 saat ərzində Rusiya Federasiyası iki “Su-34” təyyarəsini itirib.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo telemarafonda bildirib.

Onun sözlərinə görə, təyyarələrdən biri Ukrayna Müdafiə Qüvvələri tərəfindən Qara dəniz üzərində vurulub, digəri isə Rusiya ərazisində qəzaya uğrayıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər