Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 29-01-2026 13:16 | Bölmə: Xəbərlər

Yasamalda mənzillərin giriş qapılarını yoxlayaraq açıq evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub.
Reyting.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Vətəndaşlara tövsiyə edilir ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, şəxsi əmlaklarının təhlükəsizliyinə diqqətlə yanaşsınlar və şübhəli hallarla qarşılaşdıqda dərhal polisə məlumat versinlər.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Yasamalda qara geyimli qadının üzünü gizlədərək evlərə girməsi və oğurluq etməsinə dair məlumatlar yayılmışdı.

Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər