Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-01-2026 11:11 | Bölmə: Cəmiyyət

Xəbər verdiyimiz kimi, Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində icazə veriləcək. Sumqayıt və ya Bakı ərazisində sifarişləri yalnız bu şəhərdə qüvvədə olan buraxılış kartı ilə yerinə yetirmək mümkündür.
Beləliklə, Sumqayıt üçün buraxılış kartı olmayan maşınlar üçün bu şəhərdə, Bakı üçün buraxılış kartı olmayan maşınlar üçün isə paytaxtda sifarişlər məhdudlaşdırılır.
Son zamanlar bu məsələ ilə bağlı taksi sürücüləri problemlər yaşayırlar. Dediklərinə görə əvvəllər Bakı buraxılış kartı ilə hər yerdə işləmək mümkün olurdu. İndi belə deyil.
Redaksiyamıza müraciət edən taksi sürücülərindən birinin sözlərinə görə problem odur ki, Sumqayıtdan Bakıya gətirdiyi müştərini düşürəndən sonra, əks istiqamətə müştəri apara bilmirlər.
Buna məhdudiyyət var. Yəni taksi sürücüsü geri istiqamətə boş getməli olur:
“Mən buraxılış kartıma görə yalnız Sumqayıtda işləyə bilirəm və həmçinin, Bakıya müştəri aparmaq hüququm var. Bu halda sifariş mənim Sumqayıt buraxılışlı taksimə yönəldilir və müştərini Bakıya aparıram. Amma qayıdarkən Bakıdan Sumqayıta müştəri gətirməyə icazəm yoxdur. Bu halda taksi boş qayıdır. Əgər “Bolt” sifarişi Sumqayıt taksisinə yönəldirsə, bunun qayıtmağını da fikirləşməlidir. “Bolt”dan soruşduqda isə bu barədə məlumat vermir”.
Sürücü həmçinin şikayətində qeyd edir ki, Sumqayıtdan Novxanıya müştəri apardıqdan sonra da Novxanıdan Saraya müştəri götürə bilmir. Çünki bu halda da məhdudiyyət olduğu üçün avtomatik taksi boş qayıtmalı olur. Nəticə etibarilə sürücülərə Novxanıdan Saraya müştəri götürmələrinə icazə verilmir. Bu, həm müştərilərə, həm də taksi sürücülərinə ciddi problem yaradır.
Taksi sürücüləri yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdiklərini dilə gətiriblər. Qurumun qaynar xəttindən taksi sürüclərinə bilzidirlib ki, mövcud Bakı buraxılışının ləğvi üçün əvvəlcə ərizə yazmaq tələb olunub. Bakı buraxılışının ləğvi baş verdikdən sonra, taksi sürücüsü yenidən AYNA-ya müraciət etməlidir ki, Sumqayıt üçün buraxılış kartını ala bilsin. Bu proses isə 10 gün çəkir.
Taksi sürücülərinin şikayətilə əlaqədar olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumun mətbuat katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında bildirib ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 322.0.13. bəndinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub.
Tural Orucovdan sürücülərin buraxılış kartlarındakı ərazinin dəyişdirilməsi barədə də məlumat almaq istədik, lakin qurum rəsmisi bu suallarımıza qeyri-müəyyən cavablar verib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər