Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 02-02-2026 09:57 | Bölmə: Cəmiyyət

Cəlilabad rayonunun Üçtəpə kəndində 12 və 14 yaşlı bacı-qardaş baltalanıb.
Reyting.az xəbər verir ki, kənd sakini qardaşı uşaqlarına balta ilə müxtəlif bədən xəsarətlər yetirib.
Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu qeyd edilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu iddia edilir.
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildiriblər ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə. Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
***
Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmə xəstəxanada ölüb.
Reyting.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin səylərinə baxmayaraq, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib(APA)
***
Cəlilabad rayonunda bir nəfəri qəsdən öldürmə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etmə faktı üzrə cinayət işi başlanıb.
Reyting.az xəbər verir ki, bunu Cəlilabad Rayon Prokurorluğundan bildiriblər.
Qeyd olunur ki, fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə. Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə. Nağıyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər