Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq
Tarix: 29-01-2026 11:54 | Bölmə: Cəmiyyət

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr" informasiya sisteminin yaradılması istiqamətində işlər davam etdirilir və sistemin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Reytying.az xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar Alimova açıqlama verib.

Onun sözlərinə görə, sözügedən sistem Azərbaycan Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2324 nömrəli Fərmanına uyğun olaraq yaradılır.

Sədr bildirib ki,  yeni sistem daşınmaz əmlakın kadastr və reyestr məlumatlarının vahid elektron platformada toplanmasına, məlumat mübadiləsinin sürətlənməsinə, xidmətlərin daha operativ və şəffaf göstərilməsinə imkan verəcək





Bölməyə aid digər xəbərlər