Milli Məclis prezidenti və birinci vitse-prezidenti təbrik edib
Tarix: 31-10-2025 11:52 | Bölmə: Gündəm
Milli Məclis prezidenti və birinci vitse-prezidenti təbrik edib

Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Reyting.az
xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu günkü plenar iclasda çıxış edib.

"Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq", - deyə sədr bildirib.

Deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.




Bölməyə aid digər xəbərlər