Xocalı şəhəri və Cəbrayıl rayonuna köç davam edir - (Yenilənib) - Fotolar
Tarix: 21-11-2025 13:57 | Bölmə: Gündəm
Xocalı şəhəri və Cəbrayıl rayonuna köç davam edir - (Yenilənib)

İşğaldan azad edilmiş Xocalı şəhəri və Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı gedib.

Reyting.az
xəbər verir ki, doğma yurda köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu dəfə Xocalı şəhərinə 25 ailə (136 nəfər), Cəbrayıl rayonunun Horovlu kəndinə isə 47 ailə (189 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

***

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb.

Reyting.az
xəbər verir ki, kəndə köçürülən ailələr Azərbaycanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

Növbəti köç karvanı Xocalı şəhərinə çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a verilən məlumata görə, 136 nəfərdən ibarət 25 ailə doğma yurduna qayıdıb.

Xocalıya çatan ailələr Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri tərəfindən qarşılanıb.

Yeni evlərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Xocalıya növbəti köçün həyata keçirilməsi həm tarixi, həm də rəmzi məna daşıyır: “Uzun illər həsrətində olduğumuz Xocalıya geri dönüşün daha bir mərhələsinə şahidlik edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ‘Böyük Qayıdış’ proqramı işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən canlanmasını təmin edir. Bu gün Xocalının yenidən dirçəlməsi Azərbaycan dövlətinin gücünün, xalqın iradə və birliyinin göstəricisidir”.

S. Qəhrəmanovun sözlərinə görə, Xocalıda genişmiqyaslı tikinti-quruculuq işləri davam edir və köç mərhələli şəkildə həyata keçirilir. Artıq Xocalı şəhəri ilə bərabər rayonun bir neçə kəndinə də insanların qayıdışı davam edir.










Bölməyə aid digər xəbərlər