Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 10-12-2025 18:01 | Bölmə: Gündəm

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Reyting.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
"Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi təsdiq edilib.
Cəmiyyətin nizamnamə kapitalı 1 milyard 180 milyon 929 min 648 manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 1 manat olan 1 milyard 180 milyon 929 min 648 ədəd adi səhmdən ibarətdir.
Müəyyən edilib ki, “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin hüquqi varisidir və onun hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir;
Cəmiyyət iqtisadiyyatın qeyri-neft/qaz sektorunun inkişafını dəstəkləyən, sahibkarlığın maliyyə təminatını gücləndirən, investisiyaların təşviqi və sahibkarlığa dəstək mexanizmlərinin inkişafını təmin edən və vəsaitini müəyyən olunmuş qaydada yerləşdirməklə dövlətin iqtisadi inkişaf prioritetlərinə xidmət edən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən – Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 (dörd) müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Azərbaycan Respublikasının Prezidentinə:
Cəmiyyətin yenidən təşkili və ləğvi;
Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;
Cəmiyyətin icra orqanının yaradılması;
Cəmiyyətin Müşahidə Şurasının sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Nazirliyə Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;
Müşahidə Şurasına bu Fərmanın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək.
Nazirlər Kabinetin bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirlik Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən 1 (bir) ay müddətində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin balansında olan dövlət əmlakının Cəmiyyətin balansına verilməsi ilə bağlı tədbirlər görməli, iqtisadiyyatın tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 258 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”nın 1.3.1-ci yarımbəndində göstərilən güzəştli şərtlərlə digər maliyyələşmə mexanizmlərinin tətbiqi imkanlarını öyrənsin və nəticəsindən asılı olaraq təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər