Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-12-2025 09:46 | Bölmə: Gündəm

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dekabrın 11-də növbəti iclası keçirilib.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərdən biri olduğunu deyib. Ölkəmizdə bu sahədə formalaşdırılmış müasir yanaşmaların iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosial rifahın artırılmasına və iqlim dəyişikliklərinə səmərəli uyğunlaşmanın təmin olunmasına xidmət etdiyini söyləyib.
Samir Nuriyev son beş il ərzində xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını, sistemli planlaşdırma prinsiplərini rəhbər tutduğunu və yüksək icra potensialını aydın şəkildə nümayiş etdirdiyini vurğulayıb. Azərbaycanın postmünaqişə dövründə tətbiq edilən sürətli bərpa və quruculuq işlərinin yeni inkişaf modelini formalaşdırdığını deyib.
Təşkilat Komitəsinin sədri bu nailiyyətlərin Azərbaycanın təcrübəsinə beynəlxalq səviyyədə də marağı artırdığını, ölkəmizi bu sahədə etibarlı tərəfdaş kimi tanıtdığını qeyd edib. O, WUF13-ün 2026-cı ildə Bakı şəhərində keçirilməsinin Azərbaycanın beynəlxalq şəhərsalma proseslərinə verdiyi töhfənin, dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi siyasətin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın bariz göstəricisi olduğunu söyləyib.
Samir Nuriyev WUF13-ə hazırlığın dövlətimizin başçısının birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq, ilk iclasdan ötən müddətdə bu tədbirə hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib.
Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, təşkilati-logistika sahələrində görülmüş işlər və gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifəyə uyğun olaraq WUF13-ə hazırlıq prosesi, o cümlədən Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.





Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər