Ağ evdə Azərbaycanla enerji məsələləri müzakirə edilib - Fotolar
Tarix: 13-12-2025 10:30 | Bölmə: Gündəm

Ağ evdə Azərbaycanla enerji məsələləri müzakirə edilib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Ağ evdə Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşüb.

Reyting.az-ın məlumatına görə, Pərviz Şahbazov “X” sosial şəbəkəsində yazıb ki, görüş zamanı Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) regionlararası enerji əlaqəliliyinin təmin edilməsi aspektində strateji əhəmiyyəti, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji təchizatı ilə bağlı fikir mübadiləsi aparılıb.

P. Şahbazov qeyd edib ki, ABŞ-nın energetika naziri Kris Rayt ilə enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində də məhsuldar müzakirələr aparılıb:

"Neft-qaz resurslarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycanın rolu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizlərinin inkişafı və əməkdaşlıq perspektivlərini dəyərləndirdik".





Bölməyə aid digər xəbərlər