Xocavəndə köç karvanı gedib
Tarix: 16-12-2025 07:49 | Bölmə: Gündəm

Xocavəndə köç karvanı gedib

Böyük Qayıdış çərçivəsində Xocavənd rayonunun Sos kəndinə növbəti köç karvanı yola düşüb.

Reyting.az xəbər verir ki, bu mərhələdə Sos kəndinə 21 ailə, 94 nəfər köçürülür.

Köçürülən ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxana, sanatoriya və digər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.





Bölməyə aid digər xəbərlər