Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı ziyarət edib
Tarix: 22-12-2025 14:08 | Bölmə: Gündəm

Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Fəxri xiyabanı ziyarət edib.

Reyting.az xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə gül dəstələri düzülüb.





Bölməyə aid digər xəbərlər