Qarabağa köç davam edir - (Yenilənib)
Tarix: 26-12-2025 14:30 | Bölmə: Gündəm

Qarabağa köç davam edir - (Yenilənib)

Böyük Qayıdış prosesinə uyğun olaraq bu gün Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç başlayıb.

Reyting.az xəbər verir ki, doğma yurduna qayıdanlar respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailənin (278 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailənin (51 nəfər), Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailənin (48 nəfər) daimi qayıdışı təmin edilib.

***

Dekabrın 26-da Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç prosesi baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a verilən məlumata görə, bu mərhələdə kəndə 48 nəfərdən ibarət 11 ailə köçürülüb.

Köç edən ailələr bu gün yeni evlərinə yerləşiblər.

Açarlarının təqdimatı zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Xasay Cahangirov, sakinlərə Seyidbəyli kəndində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, kənddə müasir tələblərə cavab verən fərdi yaşayış evləri bərpa olunub, qaz, elektrik və su xətləri tam yenilənib, eyni zamanda digər sosial infrastruktur obyektləri yenidən qurulub.

Qeyd edək ki, Xocalı rayonunun Seyidbəyli kəndi 1992-ci ildən 2020-ci ilədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.19–20 sentyabr 2023-cü il tarixində keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Seyidbəyli kəndi işğaldan azad edilib.





Bölməyə aid digər xəbərlər