Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 29-12-2025 15:54 | Bölmə: Gündəm

Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırılıb.
Reyting.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklə, gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması müəyyənləşib.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrində təhsil almış hərbi qulluqçuların ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraq onların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzun müddət istifadə olunması məqsədilə layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddəti 10 il müəyyən edilib.
Qanunların müvafiq olaraq qüvvədə olan 26-cı maddəsinin "v" bəndinə və 36.1.3-cü maddəsində gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul olunması mümkün olan şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər də (zabitlərdən başqa) nəzərdə tutulub. Sənəddə "40 yaşınadək hərbi vəzifəlilər" ifadəsi konkretləşdirilərək "hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar" ifadəsi ilə əvəz edilib.
Bundan başqa, adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 172-ci və 44.1-ci maddələrində əksini tapan cədvəllərdə əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün ehtiyatda olmağın son yaş hədləri eyni sətirdə müəyyən edilib. Həmin maddələrdə əks olunan cədvəllərə dəyişiklik edilərək gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olub.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər