Türkiyə Yəmən və Somalidəki vəziyyəti yaxından izləyir
Tarix: 05-01-2026 08:03 | Bölmə: Gündəm

Türkiyə Yəmən və Somalidəki vəziyyəti yaxından izləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.

Reyting.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.

Məlumata görə, telefon danışığında ikitərəfli münasibətlərin vəziyyəti, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Ərdoğan qeyd edib ki, Türkiyə Somali və Yəməndəki hadisələri diqqətlə izləyir. Türkiyə lideri regional sabitlik üçün hər iki ölkənin ərazi bütövlüyünün qorunmasının vacib olduğunu vurğulayıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər