Cəbrayılda mina partlayıb, bir nəfər xəsarət alıb
Tarix: 07-01-2026 14:57 | Bölmə: Gündəm

Cəbrayılda mina partlayıb, bir nəfər xəsarət alıb

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində yanvarın 7-də mina hadisəsi baș verib.

Reyting.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı, 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.





Bölməyə aid digər xəbərlər