Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 09-01-2026 15:38 | Bölmə: Gündəm

Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə köç karvanları yola salınıb.
Reyting.az xəbər verir ki, dogma yurda köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Ağdərənin Aşağı Oratağ kəndinə 119 nəfərdən ibarət 31 ailə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 74 nəfərdən ibarət 19 ailə, Çıldıran kəndinə isə 48 nəfərdən ibarət 13 ailə köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
***
Yanvarın 9-da Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç karvanı gedib və sakinlərə yeni mənzillərin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a bildiriblər ki, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çıldıran kəndinə 48 nəfərdən ibarət 13 ailə, Aşağı Oratağ kəndinə isə 31 ailə (119 nəfər) köçürülüb. Ümumilikdə bu gün 337 nəfərdən ibarət 89 ailə doğma yurduna dönüb.
Açarların təqdimatında çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli sakinləri doğma torpaqlarına qayıdış münasibətilə təbrik edib, kəndlərdə yaradılan müasir yaşayış şəraiti, sosial infrastrukturlar və həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verib, sakinlərə xoşbəxt, təhlükəsiz həyat arzulayıb.
O, bildirib ki, kəndlərdə infrastruktur təminatı yaradılıb, kommunal xidmətlər bərpa olunub, yaşayış üçün zəruri şərait təmin edilib və burda sakinlərin yalnız məskunlaşdırılması deyil, həm də onların məşğulluq məsələlərinin həlli prioritet istiqamətlərdəndir.
T. Kərimlinin sözlərinə görə, köç edən sakinlərin peşə və ixtisaslarına uyğun olaraq həm özəl sektorda, həm də dövlət qurumlarında işlə təminatı istiqamətində sistemli tədbirlər görülür və bu proses mərhələli şəkildə davam etdiriləcək.
Ağdərənin Aşağı Oratağ kəndində isə sakinləri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb. Açarları sakinlərə təqdim edən S. Qəhrəmanov bildirib ki, bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və tikinti-quruculuq proqramı planlı şəkildə və yüksək keyfiyyət standartlarına uyğun icra olunur.
Onun sözlərinə görə, kənddə yalnız yaşayış evləri deyil, həmçinin sosial infrastruktur, yol-nəqliyyat sistemi, kommunal xidmətlər- enerji, su, qaz, digər mühüm təminat xətləri yenidən qurulub ki, bu layihələrin də məqsədi sakinlərin təhlükəsiz və rahat yaşayışını təmin etməkdir.
Qeyd edək ki, növbəti mərhələlərdə Ağdərə rayonunun digər yaşayış məntəqələrinə də mərhələli şəkildə köçün davam etdirilməsi planlaşdırılır. Hazırda rayonun bir sıra yaşayış məntəqələrində tikinti və bərpa işləri həyata keçirilir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər