Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 13-01-2026 13:30 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Reyting.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ulu Öndər Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstəsi qoyub.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına müəssisədə yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, zavod 1976-cı ildə Lionozovo elektromexanika zavodunun Tərtər filialı olaraq yaradılıb. 1977-ci ilin aprelində fəaliyyətə başlayan zavodda elektrotexnika sənayesi məhsulları və xüsusi təyinatlı məhsullar istehsal edilib. İlk illərdə burada mühərrikli qayıqlar üçün "Taxometr-spidometr" məhsulları hazırlanıb.
Zavodun əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev 1978-ci ildə onun rəsmi açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Tərtər elektromexanika zavodunun nazirliyin tabeliyinə verilib.
Müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal ediləcək müəssisədə bir sıra qabaqcıl dövlətlərdən alınmış müasir, yüksək dəqiqlikli texnoloji avadanlıqlar quraşdırılıb. Texnoloji xətlərin layihələndirilməsi, istehsal axınlarının qurulması və seriyalı istehsala uyğunlaşma "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin yerli mütəxəssisləri tərəfindən icra edilib. Hazırda istehsal proseslərinin milli hərbi-texniki normalara, beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması həyata keçirilir. Bu məqsədlə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.
Zavodun ərazisində genişmiqyaslı tikinti və yenidənqurma işləri həyata keçirilib, yeni istehsalat binaları və sahələri, həmçinin köməkçi binalar istifadəyə verilib. Mövcud tikililərdə yenidənqurma işləri aparılıb, texnoloji prosesin tələblərinə uyğun olaraq ballistik və resurs sınaqları üçün xüsusi poliqonlar yaradılıb.
Qeyd edək ki, Azərbaycan prezidenti müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirir. Bu sahədə yerli şirkətlər qurulur, xarici tərəfdaşlarla əlaqələr genişləndirilir, ən müasir çağırışlara cavab verən texnologiyaların tətbiqi ilə istehsalın həcmi artırılır. Ötən il ölkəmiz 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib ki, bunların bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin arsenalına, bir hissəsi isə ixraca yönəldilib. Hazırda Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.



Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər