Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər
Tarix: 15-01-2026 17:10 | Bölmə: Gündəm

Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər

Azərbaycan və Ermənistan nümayəndələri bu gün Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçiriblər.

Nazirlər Kabinetindən Reyting.az-a verilən məlumata görə, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.

Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.





Bölməyə aid digər xəbərlər