Ankara və Dəməşq Suriyadakı son hadisələri müzakirə ediblər
Tarix: 19-01-2026 08:59 | Bölmə: Gündəm

Ankara və Dəməşq Suriyadakı son hadisələri müzakirə ediblər

Türkiyə və Suriya prezidentləri arasında telefon danışığı olub.

Reyting.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr idarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.

Onun yazdığına görə, telefon danışığında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və Suriyadakı son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyü, birliyi, sabitliyi və təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər