Sabah güclü maqnit qasırğası gözlənilir
Tarix: 19-01-2026 09:21 | Bölmə: Gündəm

Sabah güclü maqnit qasırğası gözlənilir

Günəş plazmasının atılması sabah Yerdə çox güclü maqnit qasırğasına səbəb olacaq.

Reyting.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Laboratoriyadan bildiriblər ki, Eyeksiya cəbhədən Yerə doğru hərəkət edir. Onun Yerə yanvarın 20-də çatacağı gözlənilir. Bu zaman maqnit qasırğası G3/G4 sinfində olacaq.

Qasırğanın G4 beş ballıq şkalada olması “çox güclü” deməkdir. Burada G5 “son dərəcə güclü”, G1 isə “zəif”-dir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər