Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 19-01-2026 20:18 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrəyə səfərə gəlib.
Reyting.az xəbər verir ki, dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava limanında rəsmi şəxslər qarşılayıblar.
***
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan "BTG Pactual" şirkətinin sədri Andre Esteves ilə görüşüb.
Reyting.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq, bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini deyib.
Dövlət başçısı vurğulayıb ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.
Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves "BTG Pactual"ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.
Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş "BTG Pactual" təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Vestas Wind Systems" şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.
Reyting.az xəbər verir ki, söhbət zamanı bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunulub, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulanıb, ölkəmizdə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edilib.
Görüşdə Azərbaycan ilə "Vestas Wind Systems" şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.



***


***

Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər