"Kəpəz" yeni baş məşqçi ilə anlaşıb - Yenilənib
Tarix: 01-10-2025 16:11 | Bölmə: İdman
"Kəpəz" yeni baş məşqçi ilə anlaşıb

Azər Bağırov "Kəpəz"lə razılığa gəlib.

Bunu "Report"a açıqlamasında mütəxəssis özü bildirib.

O, bir çox məsələlərdə razılıq əldə olunduğunu söyləyib:

"Demək olar, razılaşmışıq. Sadəcə, tam olaraq rəsmi bir şey olmadığı üçün uzun-uzadı danışa bilmərəm. İnşallah, rəsmiləşsin, hədəflərimiz barədə danışacağıq".

Qeyd edək ki, "Kəpəz" daha əvvəl baş məşqçi Adil Şükürovla vidalaşıb. Komanda Misli Premyer Liqasında keçirdiyi 6 matçda məğlub olub.

Azər Bağırov 2024/2025 mövsümündə də Gəncə klubunda işləyib.

***

"Kəpəz" yeni baş məşqçisi açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Komanda Azər Bağırova tapşırılıb.

44 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, "Kəpəz" ötən mövsümdə də Azər Bağırovun rəhbərliyi altında çıxış edib.




Bölməyə aid digər xəbərlər