Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-12-2025 13:45 | Bölmə: İdman

Gələnilki dünya çempionatına ilk dəfə 48 yığma qatılacaq.
Reyting.az football-plus.az-a istinadla xəbər verir ki, ötən cümə mündialın püşkü atılıb. Və geniş yayılmış fikir belədir ki, qrup mərhələsində maraqsız oyunların sayı artacaq, turnir əvvəlki nüfuzunu itirəcək.
Beynəlxalq futbol üzrə ixtisaslaşan jurnalist Rasim Mövsümzadə deyib ki, dünya çempionatında iştirakçı sayının artırılması mundiala mütəmadi qatılan komandalarla yanaşı, bu həyəcanı uzun illərdən bəri arzulayanlar üçün yeni qapılar açır: “Necə ki, bizə dost və qardaş Özbəkistan da həmin şansdan yararlandı və buna çox şadıq. Amma məsələnin digər tərəfi də var: komanda və oyun sayının artması mundialın cazibəsini azaldır, onun özəlliyinə bir qədər kölgə salır. Artıq o, FIFA üzvlərinin təxminən dörddəbirinin qatıla biləcəyi yarışa çevrilib. Üstəlik, ara-sıra dünya çempionatının iki ildən bir keçirilməsi məsələsi də gündəmə gəlir ki, o da reallaşsa, mundial Çempionlar Liqası kimi turnir olacaq. DÇ-2026-nın qrup mərhələsindəki 72 oyundan böyük qismi də azarkeşlərdə o xüsusi “mütləq izləməliyəm” hissini yaratmır. Yalnız Fransa – Norveç, İspaniya – Uruqvay, Portuqaliya – Kolumbiya və İngiltərə – Xorvatiya kimi qarşılaşmalar diqqəti çəkir ki, bu da belə nəhəng turnir üçün çox kiçik göstəricidi. Hətta elə cütlər var ki, orada rekord hesabların qeydə alınması da mümkündü. Bu baxımdan Almaniya - Kürasao, həmçinin Braziliya - Haiti oyunlarını qeyd etmək olar. Bundan əvvəl ən böyük hesabın 1982-ci il mundialında Macarıstan - Salvador (10:1) matçında qeydə alındığını da xatırladım. Fikrimcə, qarşıdakı mundialın iştirakçılarının yarısı qədər - 24 komandanın qatıldığı dörd turnir (1982, 1986, 1990 və 1994) daha maraqlı olub və elə bu baxımdan da həmin say dünya çempionatı üçün daha məqsədəuyğundu. Amma məlum məsələdi ki, artıq geriyə dönüş yoxdu”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər